Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.
Bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.
Son illər ərzində dinamik sosial-iqtisadi inkişaf yolunda uğurla irəliyən Azərbaycanda insanların rahatlığı, əhalinin rifahının yüksəldilməsi üçün ciddi addımlar atılır. Yeni yollar çəkilir, müasir parklar və xiyabanlar salınır, bütün infrastruktur sahələr mövcud tələbata uyğunlaşdırılır. Bu gün Azərbaycanda hüquq, demokratik, dünyəvi dövlət quruculuğu işləri uğurla həyata keçirilir. Ölkə prezidenti cənab ilham əliyevin davam etdirdiyi bu siyasətin nəticəsi kimi yerli özünüidarəetmə sistemi getdikcə möhkəmlənir və bələdiyyələrin ölkə daxilində baş verən müsbət dəyişikliklərdə rolu aydın görünür. Bələdiyyələrin ildən-ilə inkişaf etdikləri və idarəçilikdə hansı mövqedə durduqları, rayon əhalisi ilə birgə iş görmələri nəzərdən yayınmır.
Bu gün bələdiyyələr çalışırlar ki, insanlar dövlətin diqqət və qayğısının onların üzərində olduğunu daim görsün və hiss etsin.
Nərimanov Bələdiyyəsi öz fəaliyyətini ölkə prezidentinin bələdiyyələri fəaliyyəti ilə bağlı verdiyi fərman və sərəncamları, Milli Məclisin yerli özünüidarəetmə ilə bağlı qəbul etdiyi qərarları,"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn mühüm vəzifələri, rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişaf proqramı, respublika ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının tövsiyyələri çərçivəsində həyata keçirib.
Nərimanov Bələdiyyəsinin inzibati binasında 2015-ci ilin hesabat yığıncağında bələdiyyə fəalları, məhəllə komitələrinin üzvləri və rayon sakinləri iştirak ediblər. Yığıncaqda çıxış edənlər məhəllədaxili yolların abadlaşdırılmasına görə Nərimanov Bələdiyyəsinə sakinlər adından dərin minnətdarlıq bildiriblər.
Qeyd edim ki, hesabat dövründə bələdiyyənin 15 iclası keçirilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, bələdiyyə mülkiyyətinin idarə edilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyəti, sosial müdafiə, dövlət bayramları və tədbirləri, rayonun sosial inkişafı sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məhəllədaxili yolların təmiri sahəsində təklif olunan layihələrin icrası kimi məsələləri əhatə etmişdir.
Hesabat dövründə Nərimanov Bələdiyyəsinə 81 xidməti məktub və 676 ərizə daxil olmuşdur. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 1000 nəfər vətəndaş olmuşdur. Hesabat dövrü ərzində Nərimanov Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması müəyyən edlmiş müddət ərzində təmin edilmişdir.
2015-ci ilin illik hesabatında yerli büdcənin gəlirləri 531.063 manat təşkil etmişdir. Nərimanov Bələdiyyəsinin büdcəsinə torpaq vergisindən 9.800 manat, əmlak vergisindən 430.353 manat, torpağın icarə haqqından 47.203 manat, digər gəlirlərdən 43.707 manat daxil olmuşdur. Hesabat dövründə yerli büdcənin xərcləri 582.195 manat təşkil etmişdir ki, 96.311 manat abadlıq işlərinə, 56.030 manat sosial yardımlara, 74.521 manat isə sair xərclərə sərf edilmişdir.
Yerli büdcənin vəsaiti əsasən küçə və məhəllələrin abadlaşdırılması, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, yas mərasimlərinin keçirilməsi, rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, bayram və tədbirlərin keçirilməsi kimi işlərə sərf edilmişdir.
Belə ki, rayon ərazisində yaşayan kimsəsiz, tənha qocalara, xəstə və əlillərə, ehtiyacı olan digər insanlara maddi yardım göstərilmişdir. 15 ailə himayəyə götürülmüş, 29 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir.
Nərimanov Bələdiyyəsi 2015-ci ildə yerli sosial müdafiə proqramı əsasında il ərzində bir sıra tədbirlər həyata keçirmişdir. Bələdiyyənin inzibati binasında xalqımızın ən önəmli milli bayramı olan Novruz bayramı yüksək səviyyədə qeyd edilmişdir. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Bayram tədbirinə rayon ərazisində yerləşən cəmiyyətlər, kimsəsiz qocalar, aztəminatlı və şəhid ailələri dəvət edilmişdir. 200 ailəyə, "Ramazan" bayramı münasibətilə 160 ailəyə bayram payları, "Qurban" bayramında isə 250 ailəyə qurban payları paylanmışdır.
Mart ayının 31-də Azərbaycan xalqının soyqırımı günü və Respublika gününə həsr edilmiş tədbirlərdə bələdiyyə üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri birgə iştirak etmişlər.
Nərimanov Bələdiyyəsinin ərazisində səkkiz ünvanlarda yeni məhəllə komitələri yaradılmışdır. "Uşaqlar cəmiyyətimizin sabahıdır", onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi bizim əsas məqsədimizdir. Hər il olduğu kimi bu il də 1 iyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibəti ilə rayon ərazisində yerləşən 49 â„– li körpələr evi-uşaq və 89 â„–-li sanator tipli uşaq bağçalarında bayram şənliyi təşkil edilmiş, şirniyyat stolları açılmış, musiqili-əyləncəli proqramlar təşkil olunmuş və uşaqlara hədiyyələr təqdim edilmişdir.
Nərimanov Bələdiyyəsi rayon ərazisində ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski prospektinin kəsişməsinə qədər iməclik təşkil etmişdir. iməclikdə yeni tinglər əkilmiş, yol boyunca əkilmiş ağacların dibləri bellənmiş, təmizlənmiş, suvarılmış və əhənglə ağardılmışdır.
Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri N.Hacıyev küçəsi 13 və F.Yusifov küçəsi 28 saylı binaların həyətində, F.Yusifov küçəsi 26, 28Ð, 30, 30Ð, ə.əliyev küçəsi 41, Təbriz küçəsi 54/39 saylı binaların həyətlərində, F.Yusifov küçəsi 101 saylı ünvanda yerləşən S.C.Pişəvari adına gimnaziyanın qabağında. Təbriz küçəsi 2, Ak.H.əliyev küçəsi 134 saylı binanın həyətində və F.Yusifov küçəsi 40-ın Ak.H.əliyev küçəsi 134 -ün kəsişməsində asfalt örtüyü təzələnmişdir.
2015-ci ildə “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 96311 manat dəyərində 12 layihə həyata keçirilmişdir. layihənin əsas məqsədi bərbad vəziyyətdə olan küçə və məhəllədaxili yolların yenidən bərpasıdır. Həyata keçirilmiş layihələr barədə bələdiyyənin internet saytında məlumat və fotolar yerləşdirilmişdir.
2015-ci ilin oktyabr ayının 12-dən 18-dək keçirilən yerli demokratiya həftəsi çərçivəsində rayonumuzun ayrı-ayrı məhəllələrində sakinlərlə bələdiyyə üzvlərinin görüşləri keçirilmişdir. Tədbirlərdə əhalinin, o cümlədən gənclərin və qadınların daha fəal iştirakına xüsusi diqqət yetirilmiş, “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişlənməsinə nail olunmuşdur.
Ötən illərdə olduğu kimi bu il də Nərimanov bələdiyyəsində "açıq qapı" günləri elan edilmiş, "dəyirmi masa" görüşləri keçirilmiş, sakinlərin təklif və müraciətlərini öyrənmək, onları operativ qəbul etmək üçün "qaynar telefon xətti" (496-96-51) yaradılmış, sakinlərlə birbaşa canlı təmas qurulmuş, qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması təşkil edilmiş, onların yerlərdəki problem və qayğıları öyrənilmiş, imkan daxilində mümkün olanları yerində həll edilmişdir.
Yerli demokratiya həftəsi üçün xarakterik olan “açıq qapı” günləri Nərimanov Bələdiyyəsində il boyu davam edir. Bələdiyyəyə üz tutub, pənah gətirənlər tənha, imkansız, xəstə qocalar, bir sözlə köməyə ehtiyacı olan insanlardır. Bələdiyyə hər zaman onları qəbul etməyə, qayğı göstərməyə, istər şad gündə, istərsə də ağır gündə onlara maddi mənəvi köməklik etməyə borcludur.
Nərimanov Bələdiyyəsi 2016-cı ildə rayonun daha da abadlaşması və sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməyi öz öhdəsinə götürür.
Təmraz Tağıyev
Nərimanov Bələdiyyəsinin sədri
|
|
|
|