"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz seçicilərin etimadıını doğrultmaqdır

--2017-07-18 / 14:50

Bildiyimiz kimi, “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hər il bələdiyyələr öz seçiciləri qarşısında hesabat verməlidirlər. Bildirmək istəyirəm ki, 2017-ci ilin I yarımilliyi Respublikamızın həyatında uğurlu illərdən biri kimi yadda qalmışdır. Ötən il ölkədə iqtisadi artım tempi qorunub saxlanılmış,çox sayda yeni iş yerləri açılmışdır.Bütün sadaladığımız naliyyətlər əsasən əsası ümummilli lider H.əliyev tərəfindən qoyulmuş siyasi kursun ölkə prezidenti ilham əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.indi isə sizə  2017-ci ilin I yarımillik hesabatında bələdiyyədə görülmüş işlər haqqında məlumat vermək istəyirəm. Bildirmək istəyirəm ki, bələdiyyəmiz öz fəaliyyətini “ Bələdiyyələrin Statusu haqqında”  Azərbaycan Respublikası Qanuna və digər hüquqi normativ aktların tələbinə uyğun qurmağa çalışmışdır.Bu il ərzində bələdiyyə  tərəfindən mövcud qanunvericiliyə  uyğun olaraq vətəndaşlar qəbul edilməklə, onların müraciətlərinə baxılmış, bələdiyyə əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün səy göstərilmiş,bələdiyyə fəaliyyətinə dair statistik hesabatlar tərtib edilərək aidiyyatı təşkilatlara təqdim olunmuşdur. Bu məqsədlə bələdiyyə büdcəsindən xeyli vəsait xərclənmişdir.

Bir bələdiyyənin normal fəaliyyəti üçün onun maliyyə mənbəyi olmalıdır. Bələdiyyə maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası qanununa görə bələdiyyə maliyyəsinin əsaslarını bələdiyyə əmlakı,bələdiyyə torpaqları, yerli büdcə, büdcədənkənar fondlar, bələdiyyənin istehsal xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

indi də sizə 2017-ci ildə bələdiyyə büdcəsinin icrası və ondan istifadə vəziyyəti haqqında məlumat verirəm. Faktiki olaraq 2017-ci ilin I yarımilliyində  bələdiyyənin mədaxil büdcəsi aşağıdakı kimi olmuşdur:

 

  1. Torpaq vergisi                          - 5187.00 manat
  2. əmlak vergisi                            - 166.00 manat
  3. Torpaq satışı                             - 8490.00 manat
  4. Torpaq icarə haqqı                   - 40,00 manat
  5. Dövlət dotasiyası                     - 6000 manat
  6. Sair daxilolmalar (reklam)       - 3271.00

                                                    Cəmi: 23154,00 manat

 

   Daxil olan vəsait aşağıda göstərilən işlərə sərf olunmuşdur:

  1. Bələdiyyə işçilərinin əmək haqqına                     - 10656.00 manat
  2. DSMF                                                                   - 459.00 manat
  3. Bank xidmət xərci                                                - 655.00 manat
  4. Elektrik enerji xərcinə                                          - 70.00 manat
  5. YAP                                                                      -100.00 manat
  6. Rabitə xərcinin ödənilməsinə                               - 300.00 manat
  7. A.ş.B.M.A-na                                                       - 1400.00 manat
  8. SQF-na                                                                  -96.00 manat
  9. Dəftərxana xərcinin ödənilməsinə                        -81.00 manat

10. Abunə pulu                                                          - 200.00 manat

11.Gəlir vergisi                                                          - 466.00  manat

12.Audit xərcinə                                                        -800.00 manat

13.Mədəniyyət  və istirahət Parkında təmir

və abadlıq işlərinin Aparılmasına                             -1000.00 manat                                                                                    

14.Küçə və yollarda təmir işlərinin aparılmasına     - 1940.00 manat

  1.  Qəbristanlığının saxlanılmasına- 2361.00 manat

16.Vətəndaşların Sosial və digər problmlərinin həlli

      üçün 87 nəfərə maddi yardım olunub                 - 2043.00 manat

      O cümlədən:

      1 nəfər qoca kimsəsiz və xəstə olanlara              -30.00 manat

      1 nəfərin dəfn mərasiminə                                   -505.00 manat

      5 nəfər B.V.M.ə-nə və iştirakçılarına                 - 750.00 manat

 

     80 nəfərə iftar süfrəsinin açılmasına                    - 698.00 manat

 17.Qarabağ M.A.V.C-nə yardım                              - 40.00 manat

 18.Qızıl Aypara Cəmiyyətinə yardım                       - 20.00 manat                    

      19.Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Ağsu

           rayon komitəsinə üzvlük haqqı öənib                  - 50.00 manat                                                      

                                                                          Cəmi:    22.677  manat

 Hal hazırda Bələdiyyənin yerli büdcəsində 477.00 manat qalıq qalmışdır.

 Məlum olduğu kimi, Bələdiyyənin yerli büdcəsi əsasən fiziki şəxslərdən yığılan torpaq və əmlak vergilərindən, torpaq satışından torpaq icarəsindən yığılan rüsumlardan formalaşır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, işlərimizdə müəyyən çətinliklərimiz olmuşdur. Hazırda bələdiyyənin əhatə etdiyi ərazidə vətəndaşlar tərəfindən ödənilməli olan xeyli miqdarda vergilər bələdiyyə büdcəsinə ödənilməmişdir.Elə bu səbəbdən də  bir çox sosial problemləri həll etmək mümkün olmamışdır. Yaxşı olar ki, kənd əhalisi bu sahədə aktivlik göstərib bələdiyyəyə çatacaq vergiləri vaxtında ödəsinlər ki, gələcəkdə həll olunmamış heç bir problemimiz qalmasın.

 Hesabatımızın sonunda sizi əmin etmək istəyirəm ki, Ağsu bələdiyyəsi öz fəaliyyətini bundan sonra dahada yaxşı quracaq və sizin etimadınızı doğrultmağa çalışacaq.

                           

i.Nurəhmədov

Ağsu bələdiyyəsinin sədri                          

 

ŞƏRHLƏR