"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz Xocasən qəsəbəsini daim abad görməkdir -Bələdiyyə sədri yazır

--2017-01-23 / 17:39

Məqsədimiz Xocasən qəsəbəsini daim abad görməkdir

Binəqədi rayon Xocəsən bələdiyyəsinin 2016-cı ildə gördüyü işlərlə bağlı hesabat verməzdən əvvəl Bələdiyyənin ərazisi barədə qısa məlumatı diqqətinizə catdırmaq istəyirəm.

Xocəsən bələdiyyəsi 2003-cü ildən fəaliyyətə başlamışdır. Bələdiyyə öz inzibati binasında  yerləşir.

Xocəsən bələdiyyəsinin ərazisi  5 inzibati ərazi vahidini Sulu-təpə, Xocəsən, 28 May qəsəbələri , Motodrom və Çiçək  yaşayış massivini əhatə edir.

ərazisi 18 km2, əhalisi 27800 nəfərdən artıqdır. 12.000 nəfər məcburi köçkün məskunlaşmışdır. Ancaqqeyri-rəsmi məlumata əsasən isə ərazidə yaşayan əhalinin ümumi sayı 50 000 nəfərə yaxındır.

Bələdiyyə ərazisində Beynəlxalq Avtovağzal, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Atıcılıq idman Kompleksi, Dağüstü Veloparkı, 4 məktəb, 2 baxça, 3 tibb məntəqəsi, kitabxana, klub, poçt, 4 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr yerləşir.

Məlumat üçün bildirirəm ki, 2014-cü il dekabrın 23-də keçirilmiş seçkilərdə Binəqədi rayonu Xocəsən bələdiyyəsinə 15 bələdiyyə üzvü seçilmişdir. 29 yanvar 2015-ci ildə bələdiyyə üzvlərinin ilk iclası kerilmişdir və bu iclasın qərarı ilə bələdiyyə sədri , 2 müavin, 6 komissiya sədri və komissiya üzvləri seçilmişdir.

Bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görə də biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunlarına və Bələdiyyələrin statusu haqqında müvafiq sənədlərə əsaslanaraq qurur və əhaliyə mütəmadi məlumat veririk.

Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının  Qanununun 16 cı maddəsinə   əsasən 2016-cı ildə Xocəsən bələdiyyəsi tərəfindən 13 bələdiyyə iclası keçirilmiş, 76 qərar qəbul edilmişdir.

Ötən il müddətində bələdiyyəmizdə vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir.

Məlumat üçün bildirirəm ki, hesabat ilində bələdiyyə vətəndaşlardan və müxtəlif təşkilatdan 668 məktub, bu məktublardan 87 məktub Binəqədi Rayon icra Hakimiyyətindən daxil olmuşdur . Həmin müddət ərzində daxil olmuş  260 ərizədən 20 ərizə BRiH-dən 240 isə vətəndaşlardan daxil olan müraciət və ərizələrdi.

Ümumilikdə Xocəsən Bələdiyyəsinə 240 yazılı müraciət daxil olmuş, bunlardan 98-i torpaqla, 81 müxtəlif sənədlərin verilməsi,

 9-u tikinti, 15-i birdəfəlik maddi yardimların verilməsi 30-u şikayətlə, digərləri isə nəqliyyat, kanalizasiya, yolların  təmiri olunması ilə bağlı olmuşdur.  

Bildirirəm ki, daxil olmuş müraciətlərin 150-i müsbət həll olunmuş, 4-ü qismən, 72-si ilə bağlı isə müvafiq izahat verilmişdir.

3 nəfərin  müraciəti əsassız  sayılıb.

5 nəfərin  müraciəti  Dövlət Proqramında  nəzərdə tutulub.

6 nəfərin  müraciəti isə  aidiyyatı  üzrə  göndərilib.

Məktub və müraciətlərdə qaldırılan məsələlərə operativ müdaxilə edilərək müsbət formada həllinə səy göstərilmişdir. Daxil olmuş məktublar və ərizələr qanunda nəzərdə tutulmuş müddətdə cavablandırılmışdır.

Vətəndaş məmunluğunu təmin etmək məqsədi ilə 2016- cı il ərzində  820 nəfər vətəndaş  bələdiyyənin məsul vəzifəli şəxsləri tərəfindən  qəbul olmuş, onların müraciəti dinlənilmiş problemlərinin həlli yolunda köməklik göstərilmişdir.

Ramazan ayında oruc tutan 120 nəfər sakin üçün iftar süfrəsi təşkil olunmuş, Mübarək Qurban bayramı münasibətilə ərazidə yaşayan 170 nəfər aztəminatlı ailələrlə  görüş keçirilmiş və onlara qurban payı paylanmışdır. Humanitar tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq ərazidə yaşayan 15 nəfər imkansız şəxsə bələdiyyə iclasının qərarı əsasında maddi yardım göstərilmişdir.

8 May 2001-ci il tarixli  “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi əsasnamənin tədbiq olunması barədə Azərbaycan Respublikası qanunu”na əsasən Xocəsəsən bələdiyyəsi ərazisində bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara köməklik məqsədi ilə Xocəsən bələdiyyəsinin 5 massivində 36 məhəllə komitəsi yaradılmışdır.

Xocəsən bələdiyyəsində sakinlərlə 15 səyyar görüşlər keçirmiş və mövcud problemlərlə yerindəcə tanış olunmuş və problemlərin həlli istiqamətində müvafiq tədbirlər görmüşdür. Həmçinin ərazidə yerləşən təhsil ocaqlarında bir sıra dövlət tədbirləri və milli bayramların keçirilməsi ilə əlaqədar şagirdlərlə də görüşlər təşkil olunmuşdur.

Bələdiyyəmizin uğurları ilə yanaşı həm də ərazimizdə problemlərin mövcudluğu da istisna deyil. ərazidə ən aktual problemlər su və kanalizasiya xətlərinin olmaması, yolların təmir olunması, yol ətraflarının işıqlandırılması, ərazidə yeni baxça və məktəb tikintisindir.Qeyd olunan problemlərdən əlavə  vergilərin ödənilməsi ilə bağlı əhali arasında maariflənmənin zəif təşkili və ərazidən yığılan vergilərin nəzərdə tutulandan az olması ilə bağlıdır. Bələdiyyə büdcəsinin  ancaq yerli vergi və ödənişlərdən formalaşdığını nəzərə alsaq, bunun bələdiyyə ücün ən aktual problem kimi qeyd etmək olar.

Bununla bağlı bələdiyyəmizin əməkdaşları daim əhali arasında maarifləndirmə işləri aparır, vergilərin ödənməsinin əhalinin xeyrinə olduğunu, dövlətimizin vergi sahəsində keçirdiyi islahatların fonunda yerli vergilərin bələdiyyə büdcəsi üçün vacibliyini izah edirlər.

əhalinin rahatlığının təmin olunması ilə bağlı atılmış növbəti əsas addımlardan biri də bələdiyyəmizin ərazisində  döngə 15də sıradan çıxmış və təmirə ehtiyacı olan su və kanalizasiya şəbəkəsinin yenidən qurulması həyata keçirilmişdir.

Bundan əlavə sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçirilmişdir. Baş tutan referendum bələdiyyə və bələdiyyə qulluqçularının məsuliyyətini daha da artırmışdır.Belə ki, Bələdiyyələrin məsuliyyəti haqqında“Maddə 1461"  Azərbaycan Respublikasının Konstitusiyasına əlavə olunmuşdur. Həmin maddə də "Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” əlavəsi öz əksini tapmışdır.

Digər önəmli hadisə Azərbaycan Respublikasının Prezidenti Cənab ilham əliyevin aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” stansiyasının açılışını etməsidir.

Qeyd edim ki, Bələdiyyənin inzibati ərazisində hər gün mütəmadi olaraq təmizlik, abadlıq işləri aparılır.

Məlumat üçün bildiririk ki, Xocəsən bələdiyyəsi ərazisində yerləşən Sulutəpə, Xocəsən, 28 May qəsəbələrində və Motodrom, Çiçək yaşayış massivlərində yaşayan əhali tərəfindən atılan bərk məişət tullantıları hər gün 4-5 reys olmaqla poliqona daşıyaraq zərərsizləşdirilmişdir.

242 ədəd müasir tipli məişət tullantılarının yığılması ucun konteynerler, 6 yerdə məişət tullantılarının müvəqqəti toplanması meydançaları tikilmişdir və gündəlik 180 kub.m. məişət tullantıları daşınır.

Gördüyümüz tədbirlər nəticəsində 2016-cı il ərzində Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 5 qəsəbəsində məişət tullantıları üçün bunker və meydança tikilmiş və ətrafı abadlaşdırılmışdır. Tərəfimizdən xüsusi texnika cəlb edilməklə uzun müddətli yığılıb qalmış ümumilikdə 2000 kub metr sənaye  və 54000.00 kub metr bərk məişət tullantılar yığılaraq poliqona daşınmışdır. 

Hesabat ili ərzində yanvar ayından başlayaraq mütamadi olaraq  vətəndaşların səyyar qəbulu təşkil edilmişdir. Keçirdiyimiz səyyar görüşlərdə inzibati ərazidə yerləşən  xidmət sahələrinin, Binəqədi Rayon Qeydiyyat və şəxsiyyət Vəsiqəsi şöbəsinın  və ASAN xidmət əməkdaşlarının iştirakı təmin edilmiş  və qaldırılan məsələlər protokollaşdırılaraq  öz səlahiyyətimiz daxilində həll edilməsi təmin edilmişdir.Həll edilməsi imkanımız xaricində olan məsələlər barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

 Ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Möhtərəm Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir, mövqeləri möhkəmlənir. Demokratik dəyişikliklərin geniş vüsət aldığı indiki zamanda yerli özünüidarənin, bələdiyyələrin də rolu getdikcə artmaqdadır. Bələdiyyələr ölkənin tərəqqisində və  demokratiyanın inkişafında mühüm yer tutur.

Xocəsən bələdiyyəsi kollektivi olaraq, qısa zaman kəsiyində bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldırılacağına və bu ərazidə  yaşayan sakinlərin rahat və problemsiz həyat tərzi sürmələri üçün öz vəzifəmizi layiqincə yerinə yetirməklə bu tərəqqini davam etdirməyə çalışacağıq.

Anar Abbasov

Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri

ŞƏRHLƏR