sorğu
Xəzər rayonu Mərdəkan bələdiyyəsinin idman proqramına uyğun olaraq, 183 saylı tam orta məktəbin idman bazasında Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə məktəblilər arasında stolüstü - tennis idman növü üzrə rayon turniri keçirilib. Bu barədə məlumatı Mərdəkan bələdiyyəsi yayıb.
Yarışda I yeri - 26 nömrəli, II yeri - 183 nömrəli, III yeri isə, 326 nömrəli tam orta məktəbin şagirdləri tutublar. Qaliblər bələdiyyə tərəfindən Diplomlarla təltif olunub.
Belediyye.info
|
|
|
|