Fevral ayının 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal gücündə və 9 saat sonra, episentri eyni şəhərin Elbistan rayonunda 7,6 bal gücündə baş vermiş iki zəlzələ böyük dağıntı və minlərlə itkilərə səbəb oldu.
Zəlzələ ölkənin 10 şəhərində də hiss olundu. Zəlzələ minlərlə insanın ölümü və yaralanması ilə nəticələndi. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşdü.
Zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti ilham əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlət Başçımızın tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar, Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıldı.
Zəlzələ zamanı ən çox ehtiyac duyulan ləvazimatların toplanıb yola salınması həyata keçirildi. Sakinlərimiz tərəfindən lazımı vasitələr qəbul olunub yola salındı. Qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə, ləvazimat və avadanlıqlar qardaş ölkəyə çatdırıldı.
44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Azərbaycan da faciəli günlərdə Türkiyə xalqının yanında olduq.
Mərdəkan bələdiyyəsi də öz insanlıq borcunu yerinə yetirərək, qardaş Türkiyə Respublikasının Kahramanmaraş şəhərində və digər rayonlarda baş vermiş dəhşətli zəlzələdən zərərçəkmiş insanlara maddi yardımla köməklik məqsədilə, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 2000 (iki min) manat məbləğində ianə (AFAD-Fəlakət və Fövqaladə Halların idarəedilməsi Nazirliyi) Yapı-Kredit bank Azerbaijan QSC-nin hesablaşma-hesabına köçürüldü.
Güclü zəlzələ zamanı zərərçəkən insanlara maddi dəstəyin göstərilməsi ilə əlaqədar, Mərdəkan bələdiyyəsinin sədri tərəfindən də fevral ayı üçün əməkhaqqının tam məbləği (586 manat 55 qəpik) (AFAD-Fəlakət və Fövqaladə Halların idarəedilməsi Nazirliyi) Yapı-Kredit bank Azerbaijan QSC-nin hesablaşma-hesabına ianə olaraq köçürüldü.
Xəzər rayonu Mərdəkan bələdiyyəsi