sorğu
Mərdəkan bələdiyyəsi “Yaşıllaşdırma Marafonu” şüarı altında ağacəkmə aksiyasını davam etdirir.
Mərdəkan bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə AFFA-ya aid olan “Dalğa Arena” ətrafında abadlıq işləri aparmaqla yanaşı, ərazidə 400-dən artıq “Eldar şam” ağacı əkilib.
Məlumatda bildirilir ki, bələdiyyənin bu addımı “Dövlət Bayrağı günü” ərəfəsində bələdiyyənin sakinlərə hədiyyəsi kimi qəbul edilməlidir.
əkilən ağacların küləkdən qorunması və sürətlə böyüməsi üçün mineral gübrələrdən istifadə edilib.
Aksiyada bələdiyyə sədri, bələdiyyə üzvləri və qulluqçuları ilə yanaşı qəsəbə sakinləri də iştirak ediblər.
Bu aksiya “Novruz bayramı”nadək davam edəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|