"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi büdcə gəlirlərini 32 faiz artırıb

--2021-07-29 / 05:18

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin qanunvericilikdə müəyyən edilmiş qaydada 2021-ci ilin 6 ayı üçün yerli büdcə gəlirləri  93.637 manat təşkil etmişdir.

Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Bu da 2020-ci ilin 6 ayı üzrə müqayisədə yerli (bələdiyyə) vergi yığımı 32 % çox deməkdir.

əldə edilən gəlirin    22.882   manatı fiziki şəxslərdən torpaq vergisindən,  70.226 manatı fiziki şəxslərdən əmlak vergisindən, 529 manat.   kurort və mehmanxana rüsumlarından daxil olub.

2021-ci ilin 6 ayı ərzində xərclər isə - 83.218 manat təşkil edib.

Belediyye.info

ŞƏRHLƏR