"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi daim qəsəbənin inkişafına çalışır - HESABAT

--2017-07-11 / 12:27

Azərbaycanın Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri geniş vusət almaqdadır.

O cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.Görülən işlər əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

4-cü dəfə keçirilən bələdiyyə seçkilərindən artıq iki il yarım vaxt keçmişdir. Ötən müddət  ərzində Mərdəkan bələdiyyəsi  çalışmışdır ki, qəsəbədəki problemlərin, sakinlərin arzu və istəklərinin müəyyən hissəsini bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində həll edə bilsin.

Biz ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük. Sakinlərin problemləri  öyrənilir, imkan  daxilində bu qayğılar təmin edilir. əsas işlərimizdən biri də sakinlər arasında olub onların  gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək iqtidarında olmağımızı sübut etməkdir. Öz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.

Hal-hazırda ölkənin hər yerində 2017-ci ilin birinci yarısının yekunları müzakirə olunur, qarşıda duran  vəzifələr müəyyən edilir.

Bu, ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlər barədə sakinlərə məlumat verilməsi ilə bağlıdır. Bələdiyyənin fəaliyyəti barədə məlumatların mətbuatda dərc  edilməsi ilk növbədə, korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlərin ictimaiyyətə çatdırılmasına xidmət edən bir addımdır.

Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara,  Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

6 ay ərzində Mərdəkan bələdiyyəsinin 7 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır.  Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

iş Mərkəzi tərəfindən isə bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilir və həmin tövsiyələri də biz öz  fəaliyyətimizdə həmişə nəzərə alarıq. 

Bu dövr ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 38 ərizə, təşkilatlardan isə, 73 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik  tərəfindən 171 vətəndaş qəbul edilmişdir.”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2017-ci ilin 6  ayı ərzində 85.600 manat təşkil etmişdir.

O cümlədən:

-          fiziki şəxslərdən torpaq vergisi – 11.468 manat;

-          fiziki şəxslərdən əmlak vergisi – 62.552 manat;

-          məişət tullantılarının daşınmasından - 740 manat;

-          torpaq icarə haqqı – 840 manat;

-          Dövlət tərəfindən verilən dotasiya – 10.000 manat.

 

2017-ci ilin 6 ayı ərzində xərclər isə - 69807 manat təşkil etmişdir.

 

O cümlədən:

-    bələdiyyə işçilərinin əmək haqqlarının ödənilməsinə - 31.331 manat;

-    bələdiyyə işçilərinin əmək haqlarından DSMF-yə ayrılanlar 6.893 manat;

-       vergi müfəttişlərinə ödəniş – 11.092 manat;

-       kommunal xidmətinin ödənilməsinə  - 2.536 manat;

-          yaşıllaşdırma işlərinə - 2796 manat;

-       məişət tullantılarının yığılıb daşınmasına – 3.800 manat;

-          mədəni tədbirlərə xərclər – 1.500 manat;

-          maddi yardımlara – 5.763 manat;

-          digər xərclərə  – 1180 manat.

“20 Yanvar faciəsi”nin 27-ci ildönümü ilə əlaqədar, faciə əlillərinə ərzaq və pul vəsaiti ilə köməklik  göstərilmişdir. Bu münasibətlə də qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə keçirilmiş rəsm müsabisində  qalib gələn 3 şagirdə hədiyyələr təqdim olunmuşdur.

“Xocalı faciəsi”nin 25-ci ildönümü ilə əlaqədar, 2 şəhid ailəsinə ərzaq yardımı və pul vəsaiti ilə köməklik göstərilmişdir. 

Aprel döyüşlərində şəhid olmuş qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin məzunu şirəliyev Kamran Faiq oğlunun “Ad Günü” münasibətilə, həmin məktəbin şagirdləri arasında “şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirilmiş rəsm müsabiqəsində  (I,II,III) yer tutan qaliblər pul vəsaiti ilə mükafatlandırılmışlar.

Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə qəsəbədəki 183 nömrəli tam orta məktəbin idman bazasında  “05 Mart – Bədən Tərbiyəsi və idman Günü”nə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə rayon turniri keçirilmişdir. Qalib idmançılar pul vəsaiti ilə mükafatlandırılmışlar.

Milli Novruz bayramı münasibətilə Xəzər rayonunun Binə qəsəbəsində keçirilən ümumrayon bayram şənliyinin tərtibat işləri görülmüş və qonaqlar üçün şirniyyat süfrəsi təşkil olunmuşdur.

Çernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar 9 nəfər əlilə ərzaq sovqatı verilmişdir.

Böyük ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə, qəsəbədəki H.Z.Tağıyev adına  123   nömrəli tam orta məktəbin şagirdləri arasında “Ana və Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmişdir.Qaliblər “Diplom” la mükafatlandırılmışlar.

Ulu Öndər Heydər əliyevin anadan olmasının 94 illiyi münasibətilə, “Fəxri Xiyaban”dakı və  qəsəbədə yerləşən  Heydər əliyev parkındakı abidəsi önünə  əklil qoyulmuş və qızılgüllər düzülmüşdür.

Həmçinin bu münasibətlə  “Futzal” üzrə Xəzər rayon turniri keçirilmişdir.  Mərdəkan bələdiyyəsinin futzal komandası turnirdə qalib gələrək  “kubok”la mükafatlandırılmışdır.

Alman – Faşizm üzərində Qələbənin 72-ci ildönümü ilə əlaqədar, 2 nəfər müharibə veteranının hər birinə evlərində pul vəsaiti və ərzaq sovqatı  verilmişdir.

Bələdiyyə tərəfindən qəsəbədə yerləşən “Heydər” məscidinin istifadə etdikləri elektrik enerjisinin sərfiyyatına görə yaranmış  borcların ödənilməsinə köməklik göstərilmişdir.

Qəsəbə sakini Muradova Firəngiz Hüseyn qızının imkansızlığını, xəstəliyini, öhdəsində 1-ci qrup əlil övladının da olmasını nəzərə alaraq, bir il müddətinə (01.06.2017-01.06.2018-ci il) hər ay ərzaq yardımı ilə təmin edilməsi məqsədilə, bələdiyyənin himayəsinə götürülmüşdür.

Mərdəkan qəsəbəsinin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.

Buzovna – Mərdəkan - Qala yolunun Mərdəkan hissəsində qurumuş ağacların yerinə  cavan şam ağacları əkilmiş və gündəlik suvarılma işləri aparılmışdır.

S.Yesenin küçəsindən «Dalğa Arena» idman Mərkəzinə qədər olan ərazidə, Dəmiryolçular, Muxtar Hüseynov küçələrindən, bağlar masivindən məişət tullantıları mütəmadi olaraq  yığışdırılıb daşınmışdır.

Qəsəbədəki yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə, onların öz asudə vaxtlarının səmərəli keçirmələri üçün, bir sıra tədbirlər həyata keçirilmişdir.

Mərdəkan bələdiyyəsi 2017-ci ilin II yarısında da qarşıda duran vacib məsələlərdən olan vergi sistemi işinin gücləndirilməsi və cənab Prezidentin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətlərində öz işini quracaq, qəsəbənin inkişafı naminə əlindən gələni etməyə çalışacaqdır.

Mirbaba  Hüseynov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR