"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi işçi axtarır

--2018-09-13 / 06:39

 Xəzər  rayonu  Mərdəkan bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında”Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbulu üçün aşağıdakı vəzifələrə 13.09.2018-ci il tarixdən müsabiqə elan edir.O cümlədən:

 -         kompüter mütəxəssisi- 1 yer

 Namizədin müsabiqəyə buraxılması qaydası:

 On altı yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən ,habele bələdiyyəyə qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının  vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə  buraxılırlar.

         Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

 Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:

 -          vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

-          kadrlar uçotunun şəxsi vərəqəsi;

-          tərcümeyi-hal;

-          təhsil haqqında sənədin surəti;

-          şəxsiyyət vəsiqəsinin surəti;

-          əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olumaqla);

-          sağlamlıq barədə arayış;

-          hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa, və ya azad edilmişdirsə, müvafiq arayış;

-          3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

 Müsabiqədə iştirak etmək arzusunda olanlar Mərdəkan Bələdiyyəsi-Mərdəkan qəsəbəsi, B.əliyev küç. 70 ünvanındakı Mərdəkan Bələdiyyəsi binasında yerləşən müsabiqə komissiyasına müraciət edə bilərlər.

 Sənədlər komissiya üzvü israfilova Ramilə Gülağa qızı tərəfindən qəbul edilir.

 Xəzər rayonu Mərdəkan Bələdiyyəsi

 əlaqə nömrəsi: (012) 454-59-83    

ŞƏRHLƏR