"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi şer müsabiqəsinə yekun vurub

--2018-05-25 / 16:13

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar, 24 may 2018-ci il tarixdə Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsinə yekun vuruldu.

Tədbirin əvvəlində Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova şagirdlərin nəzərinə çatdırdı ki, Prezident ilham əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi ilə bağlı Sərəncam imzalamışdır. 28 May tarixində - Xalq Cumhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bir daha xatırlatmaq istəyirəm ki, 1918-ci il mayın 28-də şərqdə ilk dəfə Demokratik Respublika yaradılmışdır. Bu iki ildən də bir az ömür yaşayan Azərbaycan Xalq Cumhuriyyəti idi. Parlament tipli bu dövlət ölkəmizdə yaşayan bütün xalqlarının din və etiqad azadlıqlığını təmin etmişdir. əfsuslar olsun ki, Azərbaycan Xalq Cumhuriyyəti az yaşadı. Bolşevik təcavüzü müstəqil dövlətimizi beşikdəcə boğdu.    

Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə qadınlara seçim hüququ verdi, o cümlədən milli ordu, milli pul, milli bank, azad seçimlər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalını rəsmi tanıtmasına nail olmuşdur.

28 May - Respublika Günü bizim şərəf bayramımızdır, ən parlaq tarixi günlərimizdən biridir. Ulu Öndərimizin ən ülvi arzusu Azərbaycanımızı azad, xalqımızı xoşbəxt görmək idi. Bu xoş günləri bizə bəxş edən dünya şöhrətli siyasətçi Heydər əliyevdir. Doğrudan da xoşbəxt xalqıq ki, dahi rəhbərimizin uzaqgörən siyasəti prezident ilham əliyev tərəfindən uğurla davam etdirilir. Sonra müsabiqə qalibləri Mərdəkan bələdiyyəsi tərəfindən “Diplom”la mükafatlandırıldılar.

Sonda sədr müavini Jalə əhmədova məktəbin direktor əvəzi Könül Cəlilovaya müsabiqənin təşkilinə şərait yaratdıqlarına görə, Mərdəkan bələdiyyəsinin rəhbərliyi adından dərin təşəkkürünü bildirib.

 Belediyye.info

ŞƏRHLƏR