Mərdəkan Mədəniyyət Sarayında Mərdəkan bələdiyyəsi və Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş birgə hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Xəzər rayonu Mərdəkan bələdiyyəsi yayıb.
Hesabat yığıncağında Rayon icra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, şura üzvləri, Rayon icra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Rayon icra Hakimiyyəti Başçısının Mərdəkan inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə üzvləri, rayonun idarə- müəssisə, təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Hesabat yığıncağını giriş sözü ilə açan Xəzər rayon icra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da bir sıra layihələrin həyata keçirilməsini vurğuladı. Həmçinin bildirdi ki, Prezident cənab ilham əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionlarının sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Yığıncaqda Mərdəkan bələdiyyəsinin sədr müavini Sabir Dadaşov çıxış edərək, sakinlərə bələdiyyənin 2017-ci il ərzindəki fəaliyyəti barədə geniş məlumat verərək qeyd etdi ki,artıq ölkənin hər bir yerində 2017-ci ilin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir. Bu, ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlər barədə sakinlərə məlumat verilməsi ilə bağlıdır.
Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir. Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Yerli özünüidarəetmə qurumu olan bələdiyyələr artıq formalaşır, maliyyə və digər imkanları da genişlənir. Təbii ki, bu sahədə əldə olunan uğurlar dövlətin bilavasitə qayğısı və diqqəti sayəsində əldə olunub.
Ötən il ərzində Mərdəkan bələdiyyəsinin 15 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
il ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 74 ərizə, təşkilatlardan isə, 143 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 263 vətəndaş qəbul edilmişdir.”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış və nəticəsi barədə onlara məlumat verilmişdir.
“20 Yanvar faciəsi”nin 27-ci ildönümü ilə əlaqədar, faciə əlillərinə ərzaq və pul yardımı ilə köməklik göstərilmiş, həmçinin bu münasibətlə, 123 nömrəli tam orta məktəbdə keçirilmiş rəsm müsabiqəsində qalib gələn 3 şagirdə hədiyyələr təqdim olunmuşdur.
“Xocalı faciəsi”nin 25-ci ildönümü ilə əlaqədar, 2 şəhid ailəsinə ərzaq yardımı və pul yardımı ilə köməklik göstərilmişdir.
Aprel döyüşlərində şəhid olmuş 123 nömrəli tam orta məktəbin məzunu şirəliyev Kamran Faiq oğlunun “Ad Günü” münasibətilə, həmin məktəbin şagirdləri arasında “şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirilmiş rəsm müsabiqəsində yer tutan qaliblər pul vəsaiti ilə mükafatlandırılmışlar.
Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə 183 nömrəli tam orta məktəbin idman bazasında “Bədən Tərbiyəsi və idman Günü”nə həsr olunmuş stolüstü tennis idman növü üzrə gənclər arasında rayon turniri keçirilmişdir. Qalib idmançılara pul mükafatı təqdim olunmuşdur.
Milli Novruz bayramı münasibətilə keçirilən ümumrayon bayram şənliyində bələdiyyə üzvləri də iştirak etmişlər.
Çernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar 9 nəfər əlilə ərzaq sovqatı ilə köməklik göstərilmişdir.
Böyük ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə, 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Ana və Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmiş, qaliblərə “Diplom”lar verilmişdir.
Ulu Öndər Heydər əliyevin anadan olmasının 94 illiyi münasibətilə, “Fəxri Xiyaban”dakı və qəsəbədə yerləşən Heydər əliyev parkındakı abidəsi önünə əklil qoyulmuş və qızılgüllər düzülmüşdür. Həmçinin bu münasibətlə “Futzal” üzrə Xəzər rayon turniri keçirilmiş və bu turnirdə Mərdəkan bələdiyyəsinin komandası 1-ci yeri tutmuş və “kubok”la təltif olunmuşdur.
Alman – Faşizm üzərində Qələbənin 72-ci ildönümü ilə əlaqədar, 2 nəfər müharibə veteranına evlərində pul yardımı və ərzaq sovqatı ilə köməklik göstərilmişdir.
Bələdiyyə tərəfindən “Heydər” məscidinin istifadə ediyi elektrik enerjisinin sərfiyyatına görə yaranmış borcun ödənilməsinə köməklik göstərilmişdir.
Qəsəbə sakininin imkansızlığını, xəstəliyini, öhdəsində 1-ci qrup əlil övladının da olmasını nəzərə alaraq, hər ay ərzaq yardımı ilə təmin edilməsi məqsədilə, bir il müddətinə bələdiyyənin himayəsinə götürülmüşdür.
Mərdəkan qəsəbəsinin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.
Qurban bayramı münasibətilə şəhid ailələrinə, Qarabağ, Böyük Vətən Müharibəsi, Çernobıl, 20 Yanvar, gözdən əlillərə, ahıl insanlara, imkansız, aztəminatlı ailələr də daxil olmaqla, cəmi 400 nəfərə ərzaq sovqatı paylanmışdır.
Ahıllar günü münasibətilə 20 nəfər ahıl insana evlərində ərzaq sovqatı paylanmışdır.
Buzovna – Mərdəkan - Qala avtomobil yolunun Mərdəkan hissəsində qurumuş ağacların yerinə cavan şam ağacları əkilmiş,gündəlik suvarılma işləri aparılmış və aqrotexniki qulluq göstərilmişdir.
С.ЙеÑенин кцчÑÑиндÑн «Ð”альа Ðрена» iдман MÑркÑÐ·Ð¸Ð½Ñ qədər олан Ñразиdən, ДÑмирйолчуlar, Мухтар ЩцÑейнов кцчÑlərindən, bаьлар маsÑивиндÑn мÑишÑÑ‚ туллантылары mütəmadi olaraq йыьыşdırılıb daşınmışdır.
Qəsəbədəki yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının daha səmərəli keçirmələri məqsədilə, Gənclər və idman idarəsi ilə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir:
- 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə, “Delfin” istirahət Mərkəzində çimərlik voleybolu üzrə rayon turniri keçirilmiş, qalib komanda üzvlərinə Diplomlar verilmişdir.
- 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə rəsm sərgisi təşkil olunmuş, qaliblərə Diplomlar təqdim olunmuşdur.
- 06 Dekabr tarixində isə, 183 nömrəli tam orta məktəbin idman bazasında məktəblilər arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilmiş və qaliblərə Diplomlar verilmişdir.
Mərdəkan bələdiyyəsi öz fəaliyyətində qanunvericiliyə əməl etməklə, sosial problemlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək və qaşıdakı illərdə də işgüzarlığını saxlamaqla, əhali arasında çevik qurum kimi fəaliyyətini davam etdirmək əzmindədir.
Qeyd edildi ki, cənab Prezident ilham əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Mərdəkan bələdiyyəsi qarşısına qoyduğu uğurlarına çatmaq üçün fəaliyyətini daha da genişləndirəcəkdir.
Sonda sakinlər hər iki quruma qəsəbədə görülən işlərlə əlaqədar öz təşəkkürlərini bildirərək, hesabatların qənaətbəxş hesab edilməsini nəzərə çatdırdılar.
Belediyye.info
|
|
|
|
|
|