24 yanvar 2017-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Mərdəkan bələdiyyəsinin 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Xəzər rayon icra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, qəsəbə ağsaqqalları və sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş sözü ilə Rayon icra Hakimiyyəti Başçısının I müavini cənab Vaqif Həsənov açaraq, qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri hesabat ətrafında müzakirələrdə fəal iştrak etməyə dəvət etdi.
Mərdəkan bələdiyyə sədri Mirbaba Hüseynov sakinlərə 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində və gələcək layihələr barədə geniş məlumat verdi.
Qeyd etdi ki, artıq ölkənin hər bir yerində 2016-cı ilin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir. Bu, ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlər barədə sakinlərə məlumat verilməsi ilə bağlıdır.
Bələdiyyənin fəaliyyəti barədə məlumatların mətbuatda dərc edilməsi də, korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlərin ictimaiyyətə çatdırılmasına xidmət edən bir addımdır.
Sonra yığıncaq iştirakçılarının nəzərinə çatdırdı ki, əsası Ümummilli Liderimiz Heydər əliyev tərəfindən qoyulmuş və Prezident ilham əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu, sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonumuzda, o cümlədən qəsəbəmizdə abadlıq, yenidənqurma işləri daha da sürətlə aparılır, qəsəbənin siması gündən-günə gözəlləşir. Xəzər rayon icra Hakimiyyəti Başçısının rəhbərliyi ilə qəsəbənin mərkəzi yolu olan S.Yesenin küçəsində asfalt örtüyü və bordurlar yenilənmiş, divarlara üzlük daşları vurulmuş, yeni istirahət parkı salınmışdır.
Görülən işlər əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
2016-cı il ərzində Mərdəkan bələdiyyəsinin 16 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmiş və müxtəlif məsələlərə baxılmışdır. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Bu dövr ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 81 ərizə, təşkilatlardan isə, 261 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 317 vətəndaş qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2016-cı il ərzində 195907 manat təşkil etmişdir.
O cümlədən:
- fiziki şəxslərdən torpaq vergisi - 31131 manat;
- fiziki şəxslərdən əmlak vergisi - 133944 manat;
- torpaq icarə haqqı - 15320 manat;
- Dövlət tərəfindən verilən dotasiya - 10000 manat
- məişət tullantılarının daşınmasından - 2640 manat;
- küçə reklamının yerləşməsinə görə ödəniş - 2872 manat;
2016-ci il ərzində xərclər isə - 195.249 manat təşkil etmişdir.
O cümlədən:
- bələdiyyə işçilərinin əmək haqqına ödəniş - 71558 manat;
- əmək haqqlarından DSMF-yə ayrılmalar - 18101 manat;
- vergi müfəttişlərinə ödəniş - 36191 manat;
- məişət tullantılarının yığılıb daşınmasına - 15200 manat
- maddi yardımlara - 18277 manat;
- “Mərasim evi”nin tikinti işlərinin sona çatdırılmasına – 10664 manat;
- yaşıllaşdırma işləri - 8667 manat;
- kommunal xidmətinin ödənilməsinə - 3472 manat;
- inventar və avadanlıq alınmasına - 3090 manat;
- Audit xidməti və digər xərclər - 2662 manat;
- Ümumrayon Novruz bayramı şənliyinə - 2000 manat;
- dəftərxana ləvazimatının alınmasına - 1522 manat;
- abadlıq, quruculuq işlərinə - 1370 manat;
- bank xidməti haqqı - 1423 manat;
-“Heydər” Məscidinin elektrik enerjisinə ödəniş - 1052 manat.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar, həlak və əlil olmuş 5 Mərdəkan sakinin ailələrinə ərzaq və maddi yardımla köməklik göstərilmişdir. Faciə ilə əlaqədar Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə qəsəbə məktəblərində rəsm müsabiqəsi keçirilmiş və qaliblərə mükafat olaraq hədiyyə verilmişdir.
“Xocalı faciəsi”nin 24 illiyi ilə bağlı qəsəbə məktəbləri arasında keçirilən müsabiqədə qalib gələn məktəblilərə hədiyyələr təqdim edilmişdir.
Milli Novruz bayramı münasibətilə keçirilən ümumrayon bayram şənliyinə gələn qonaqlar üçün bayram süfrəsi açılmışdır.
Mərdəkan qəsəbə sakini, Aprel döyüşlərində gedən hərbi əməliyyatlar zamanı həlak olmuş şirəliyev Kamran Faiq oğlunun yas mərasiminə köməklik göstərilmiş və xatirəsinin əbədiləşdirilməsi məqsədilə, yaşadığı küçənin qarşısına “Xatirə lövhəsi” vurulmuşdur. şəhidin ailəsinin imkansızlığını, maddi vəziyyətini nəzərə alaraq, 1 (bir) il müddətinə kommunal xərclərin ödənilməsi ilə əlaqədar bələdiyyənin himayəsinə götürülmüşdür.
Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar 9 nəfər əlilə pul vəsaiti və ərzaq sovqatı ilə köməklik göstərilmişdir.
Böyük ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə, qəsəbədəki 181 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam-həyat, sağlam- gələcək” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, I-II-III yerləri tutan qaliblərə hədiyyə olaraq pul vəsaiti verilmişdir.
1941-1945-ci illər müharibəsində Qələbənin 71 illiyi ilə əlaqədar, Mərdəkan qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsinə ucaldılmış “əbədi Məşəl” kompleksinin ətrafında təmizlik və abadlıq işləri aparılmış, sınmış qara mərmərlər yeniləri ilə əvəz edilmişdir. Həmçinin, 3 nəfər müharibə veteranının hər birinə pul və ərzaq sovqatı verilmişdir.
Ümummilli Lider Heydər əliyevin 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda və qəsəbədəki Heydər əliyev parkında Ulu Öndərin abidəsi önünə qızılgüllər və əklil qoyulmuşdur. Həmçinin, qəsəbədəki üç orta məktəbdən müsabiqə yolu ilə seçilmiş 21 şagird və müəllim heyəti olmaqla, Zirə Mədəniyyət Mərkəzinin “EKO” parkına ekskursiya təşkil edilmişdir. Eyni zamanda bu münasibətlə futbol üzrə Xəzər rayon turniri keçirilmiş və Mərdəkan futbol komandası II yeri tutmuşdur.
Qəsəbədəki yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə, onların asudə vaxtlarının səmərəli keçirmələri üçün, bir sıra tədbirlər həyata keçirilmişdir.Tədbirlərdə vurğulanmışdır ki, Ulu Öndər Heydər əliyevin ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Bildirilmişdir ki, ölkəmizin gələcək inkişafının təminatında aparıcı qüvvə və rolunu məhz gənclər davam etdirəcəkdir.
Qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə talessemiya xəstəsi olan uşaqlara köməklik məqsədilə, yuxarı sinif şagirdləri tərəfindən təşkil edilmiş “şirniyyat yarmarkası”nda fərqlənən üç şagirdin hər birinə pul vəsaiti verilmişdir.
Ramazan bayramında Mərdəkan qəsəbəsindəki “Heydər” Məscidində aztəminatlı, imkansız insanlar üçün 2 gün olmaqla iftar süfrəsi açılmışdır.
Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə qəsəbədəki “Delfin” istirahət mərkəzində çimərlik voleybolu üzrə rayon çempionatı keçirilmişdir. Mərdəkan-1 komandası I yerə, Mərdəkan – 2 komandası isə III yerə çıxmışlar. Qalib komanda üzvlərinə hədiyyələr təqdim olunmuşdur.
“Qurban bayramı” münasibətilə qəsəbənin 300 nəfər imkansız, aztəminatlı, imtiyazlı ailələrinə ərzaq yardımı paylanmışdır.
“Ahıllar Günü” münasibətilə qəsəbədəki 20 nəfər ahıla evlərində ərzaq yardımı ilə köməklik göstərilmişdir.
Milli Müstəqillik Günü münasibətilə Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə şahmat üzrə kişi və qadınlar arasında rayon çempionatı keçirilmiş, qalib idmançılara hədiyyələr təqdim olunmuşdur.
2016-cı ilin oktyabrın 31-dən noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftə”si həftəsi ilə əlaqədar, Mərdəkan bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Daimi Komissiyalar görüşlərin qrafikini tərtib etmişdir. Bələdiyyədə “Açıq qapı” günləri, “Qaynar telefon xətti” təşkil edilmiş və “Bələdiyyə poçtu” qutusu quraşdırılmışdır.
Həftə çərçivəsində qəsəbənin 181 və 123 nömrəli tam orta məktəblərində görüşlər keçirilmişdir.
Bələdiyyənin sosial-müdafiə proqramına uyğun olaraq il ərzində qəsəbənin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan 8 nəfər qəsəbə sakininin yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.
Qəsəbə sakini, Azərbaycan Dövlət Universitetinin tələbəsi əlizadə Ruqiyyə Vüqar qızı imkansız ailə olduğuna görə, ilin sonuna qədər bələdiyyənin himayəsinə götürülmüşdü.
S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyasına cari təmir üçün və 181 saylı tam orta məktəbin idman meydaçasında idman qurğularının rənglənməsi üçün boya alınıb verilmişdir.
Mərdəkan bələdiyyəsinin sosial-müdafiə, sosial-inkişaf proqramlarına uyğun olaraq və qəsəbə sakinlərinin xahişini nəzərə alaraq, B.əliyev küçəsinin hündürmərtəbəli, çoxmənzilli binaların qarşısından keçən yolun üstündə 2 bulaq tikilib istifadəyə verilmişdir.
S.Yesenin küçəsindən, “Dalğa – Arena” idman Mərkəzinə qədər olan ərazidən, Dəmiryolçular, Muxtar Hüseynov küçələrindən, Bağlar massivindən, məişət tullantıları mütəmadi olaraq yığılıb daşınmışdır.
Buzovna – Mərdəkan - Qala yolunun Mərdəkan hissəsində və “Dalğa – Arena” idman Mərkəzinin qarşısında, cəmi 4750 ədəd cavan şam ağacı və yaşıl kol alınaraq əkilmişdir. Qəsəbə ərazisində əkilmiş cavan şam ağacları mütəmadi olaraq suvarılır.
Bundan sonra da fəaliyyətimizi ölkə Prezidenti cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracağıq, yerli (bələdiyyə) vergilər və ödənişlərin ödəyicilərinin qeydiyyatının aparılması, vergilər və ödənişlər üzrə borcların alınması işini gücləndirmək məqsədilə, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən yaradılan “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistem”indən yararlanacağıq.
Sonda bələdiyyə sədri M.Hüseynov sakinləri narahat edən məsələlərə toxunaraq, onların da həlli yolları barədə ciddi fikir mübadiləsi apardı. Müzakirələrdə qəsəbə sakinləri və ağsaqqalları da fəal iştirak etdilər. Onlar qəsəbədə görülən işlərin qənaətbəxş hesab olunmasını təklif etdilər.
Belediyye.info
|
|
|
|
|
|