"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2019-cu ilin 6 ayı üçün Hesabatı

--2019-07-04 / 12:37

 Azərbaycanın Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da, o cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.

Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 4-cü dəfə keçirilmiş bələdiyyə seçkilərindən dörd il yarım vaxt ötmüşdür. Ötən müddət ərzində Mərdəkan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmişdir.

Hal-hazırda ölkənin hər yerində 2019-cu ilin 6 ayının yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir.

Yarım il ərzində Mərdəkan bələdiyyəsinin 8 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair            49 ərizə, təşkilatlardan isə, 78 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 135 vətəndaş qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Bələdiyyə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən büdcənin gəlirləri 2019-cu ilin 6 ayı ərzində 66420 manat təşkil etmişdir.

  O cümlədən:

-         fiziki şəxslərdən torpaq vergisi – 16638 manat;

-         fiziki şəxslərdən əmlak vergisi – 37884 manat;

-         torpaq icarə haqqı – 899 manat;

-         kurort və mehmanxana rüsumu – 999 manat;

-         dotasiya – 10000 manat.

 2019-cu ilin 6 ayı ərzində xərclər isə - 65051 manat təşkil etmişdir.

 O cümlədən:

 -   bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 34996 manat;

-   bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayrılanlar 9380 manat;

-       kommunal xidmətinin ödənilməsinə - 1988 manat;

-       dəftərxana ləvazimatlarının alınmasına – 2940 manat;

-       maddi yardımlara – 6205 manat;

-       abadlıq təmizlik işləri 5840 manat;

-       rabitə xərcləri – 800 manat;

-       Milli Assosiasiyaya ödənişlər – 900 manat;

-       Audit xidməti - 1000 manat;

-       bank xidməti haqqı – 468 manat;

-       poçt xidmət haqqı – 134 manat;

-       “Novruz” bayramının keçirilməsinə köməklik – 400 manat.

 

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 4 nəfər faciə əlilinə, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir. Həmçinin “Xocalı faciəsi” ilə əlaqədar H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Dərdim mənim” mövzusunda rəsm müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.

Milli Novruz bayramı münasibətilə Mərdəkan qəsəbəsində keçirilmiş ümumrayon bayram tədbirinə köməklik olunmuşdur.

Çernobıl faciəsinin 33-cü ildönümü ilə əlaqədar, 9 nəfər əlilə ərzaq sovqatı verilmişdir.

Qəsəbə sakini H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin məzunu, Aprel döyüşləri zamanı şəhid olmuş şirəliyev Kamran Faiq oğlunun ailəsinə maddi köməklik göstərilmişdir.

Böyük ictimai Xadim, Akademik Zərifə Xanım əliyevanın 96-cı ildönümü münasibətilə, qəsəbədəki S.Rüstəm adına Xarici Dillər Təmaüllü Gimnaziyanın şagirdləri arasında “Böyük Oftalmoloq Alim” mövzusunda inşa yazı müasabiqəsi keçirilmiş, qaliblərə “Diplom” təqdim olunmuşdur.

Ulu Öndər Heydər əliyevin anadan olmasıının 96 illiyi münasibətilə, “Fəxri Xiyaban”dakı və qəsəbədə yerləşən Heydər əliyev parkındakı abidəsi önünə qızılgüllər düzülmüşdür. Həmçinin, bu münasibətlə qəsəbəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “əbədiyaşar Lider” mövzusunda şer müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.    

Alman – Faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar, 1 nəfər müharibə veteranına evində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Qəsəbə sakini olmuş Hüseynov Zaur Hüseynağa oğlunun şəhid adının əbədiləşdirilməsi üçün, vaxtilə yaşadığı küçəyə onun xatirə lövhəsi hazırlanıb vurulmuşdur.  

Qəsəbədəki “Heydər” məscidinə kommunal xərclərin ödənilməsi üçün hər ay maddi köməklik göstərilir.

Yerli sosial müdafiə proqramına uyğun olaraq, qəsəbə sakininə imkansızlığını, ailə vəziyyətini və xəstəliyini nəzərə alaraq, hər iki gözünün əməliyyatı üçün pul vəsaiti ayrılmışdır.

Aztəminatlı, imkansız ailələrə, tənha insanlara maddi yardımlar olunmuş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 12 km-lik hissəsinin                  8.8 km-ə yaxın Mərdəkan yolunun sağ və sol ərazisində əkilmiş ağacların suvarılmasına, avrotexniki qulluğun göstərilməsinə və ətrafın təmizliyinə nəzarəti bələdiyyə həyata keçirir. Eyni zamanda qəsəbə parklarındakı yaşıllıqların suvarılmasına, avrotexniki qulluğun göstərilməsinə və təmizlik işlərinə bələdiyyə tərəfindən nəzarət olunur.

Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə ödəyicilərin qeydiyyatının aparılması, vergilər və ödənişlər üzrə borcların alınması üçün, vergi agentləri fəaliyyətlərində məsuliyyəti daha da artırmalı və səy göstərməlidirlər ki, ilin axırına borc qalmasın.

Bildiyimiz kimi, bu ilin sonunda bələdiyyələrin yaranmasının 20 ili tamam olur. Dekabr ayında yenidən növbəti bələdiyyə seçkiləri keçiriləcəkdir. Bu günə kimi çalışmışıq ki, sakinlərimizin bizə göstərdikləri etimadı doğruldaq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə borcluyuq.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR