"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2019-cu ilin yekunlarına həsr olunmuş HESABATI

--2020-01-24 / 20:19

21 yanvar 2020-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Mərdəkan bələdiyyəsinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.

Hesabat yığıncağında  Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov və rayon üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı  giriş  sözü ilə Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov açaraq, rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən qəsəbədə aparılan yenidənqurma, abadlıq, yaşıllaşdırma işlər ilə bağlı sakinlərə, ağsaqqallara məlumat verdi.

Yığıncaqda Mərdəkan bələdiyyəsinin sədri çıxış edərək, sakinlərə bələdiyyənin 2019-cu il ərzindəki fəaliyyəti barədə geniş məlumat verərək qeyd etdi ki,artıq ölkənin hər bir yerində 2019-cu ilin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir.

Ölkəmizdə yerli özünüidarəetmə orqanlarının yaradılması müstəqil dövlətimizin memarı, Ulu Öndər Heydər əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış ən ali demokratik dəyərləri özündə eks etdirən Milli Konstitusiyamızda yerli özünüidarəetmə qurumları olan bələdiyyələrin yaradılmasının hüquqi təməli qoyulmuşdur.

Artıq bələdiyyələr institutu 20 ildir ki, fəaliyyət göstərir. Ulu Öndərin dediyi kimi, bələdiyyələrin yaradılması Azərbaycanda demokratiyanın inkişafına, vətəndaşların dövlətin idarə olunmasında iştirakına və yerli əhəmiyyətli məsələlərin onlar tərəfindən həllinə nail olmaqla, dövlətin yükünü müəyyən qədər yüngülləşdirməyə xidmət edir. Ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlar, yerli sakinlər artıq bələdiyyələrə inanır, onlardan çox işlər gözləyirlər. Bu gün bütün sahələrdə olduğu kimi, bələdiyyələrin inkişafı, özünüidarəetməyə dövlət dəstəyinin gücləndirilməsi Prezident ilham əliyevin daim diqqət mərkəzindədir.    

Mərdəkan bələdiyyəsi, ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Ötən illər ərzində Mərdəkan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, yerində araşdırılmış, imkanlar daxilində bu qayğılar təmin edilmişdir.

il ərzində Mərdəkan bələdiyyəsinin 18 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilmişdir ki, həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 98 ərizə, təşkilatlardan isə, 141 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 234 vətəndaş qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılıb, yerində araşdırılıb, nəticəsi barədə onlara məlumat verilib.

Bələdiyyə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən büdcənin gəlirləri 2019-cu il ərzində 191256 manat təşkil etmişdir.

  O cümlədən:

-         fiziki şəxslərdən torpaq vergisi – 39897 manat;

-         fiziki şəxslərdən əmlak vergisi – 135255 manat;

-         torpaq icarə haqqı – 2021 manat;

-         kurort və mehmanxana rüsumu – 4083 manat;

-         dotasiya – 10000 manat.

 2019-cu il ərzində xərclər isə - 187686 manat təşkil etmişdir.

 O cümlədən:

 -   bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 76305 manat;

-   bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar- 21874 manat;

-  vergi agentlərinə ödəniş – 18694 manat;

-       kommunal xidmətinin ödənilməsinə - 3439 manat;

-       dəftərxana ləvazimatlarının alınmasına – 2940 manat;

-       maddi yardımlara 19193 manat;

-       abadlıq təmizlik işlərinə - 24860 manat;

-       parkların suvarılması üçün kartlara pul vəsaitinin qoyulması- 2840

-       rabitə xərcləri – 1660 manat;

-       Milli Assosiasiyaya ödənişlər – 1800 manat;

-       Audit xidməti - 1000 manat;

-       bank xidməti haqqı – 1214 manat;

-       poçt xidmət haqqı – 342 manat;

-       ezamiyyə xərcləri –4972 manat;

-       dəftərxana ləvazimatlarının alınmasına – 2940 manat;

-       sair xərclər ( Silahlı Qüvvələr, Həmkarlar və s.) -2638 manat;

-       inventar avandanlığın alınmasına – 975 manat.

 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar, 3 nəfər faciə əlilinə, Xocalı faciəsinin 27-ci ildönümü ilə isə, 2 şəhid ailəsinə, Çernobıl faciəsinin 33-cü ildönümü ilə əlaqədar isə, 9 nəfər əlilə ərzaq sovqatı ilə köməklik göstərilmişdir. Həmçinin “Xocalı faciəsi” ilə əlaqədar H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Xocalı Dərdim mənim” mövzusunda rəsm müsabiqəsi keçirilmiş və qaliblərə “Diplom” təqdim olunmuşdur.

Milli Novruz bayramı münasibətilə Mərdəkan qəsəbəsində keçirilmiş ümumrayon bayram tədbirində bələdiyyə üzvləri də iştirak etmişlər.

Qəsəbə sakini, Aprel döyüşləri zamanı şəhid olmuş şirəliyev Kamran Faiq oğlunun ailəsi bələdiyyə tərəfindən diqqət mərkəzində saxlanılıb.

Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuş Hacıyev Adil Omarış oğlunun vaxtılə yaşadığı binanın qarşısındakı xatirə lövhəsi yenilənmiş, ölçüsü böyüdülmüş, ətrafının görkəminin itirilməsi ilə əlaqədar, sınmış, yararsız hala düşmüş mərmər daşlar dəyişdirilmiş, qarşısında, ətrafında abadlıq, yenidənqurma işləri aparılmış, bəzək kolları əkilmişdir. Bu işlərin görülməsi üçün, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti ayrılmışdır.

Qəsəbə sakini olmuş Hüseynov Zaur Hüseynağa oğlunun şəhid adının əbədiləşdirilməsi üçün, vaxtilə yaşadığı küçəyə onun xatirə lövhəsi hazırlanıb vurulmuşdur.

Böyük ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın 96-cı ildönümü münasibətilə, qəsəbədəki S.Rüstəm adına Xarici Dillər Təmaüllü Gimnaziyanın şagirdləri arasında “Böyük Oftalmoloq Alim” mövzusunda inşa yazı müasabiqəsi keçirilmiş, qaliblərə “Diplom” təqdim olunmuşdur.

Ulu Öndər Heydər əliyevin anadan olmasıının 96 illiyi münasibətilə qəsəbəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “əbədiyaşar Lider” mövzusunda şer müsabiqəsi keçirilmiş və qaliblərə “Diplom” təqdim olunub.

Qəsəbədəki “Heydər” məscidinə imkansız ailələrin, kimsəsizlərin və yas mərasimlərinin keçirilməsinə və kommunal xərclərin ödənilməsinə hər ay maddi köməklik göstərilir.

Yerli sosial müdafiə proqramına uyğun olaraq, qəsəbə sakini Məmmədov Təvəkkül Səftər oğluna imkansızlığını, ailə vəziyyətini və xəstəliyini nəzərə alaraq, hər iki gözünün əməliyyatı üçün bələdiyyə tərəfindən 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti ayrılmışdır.

Bir çox aztəminatlı, imkansız ailələrə, tənha insanlara xəstəlikləri ilə əlaqədar, xüsusən də, bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə, qəbirüstü başdaşlarının hazırlanmasına maddi köməklik göstərilmişdir.

Qurban bayramı münasibətilə qəsəbədə yaşayan şəhid, Qarabağ, Çernobıl, 20 Yanvar, gözdən əlillərə, ahıl insanlara, imkansız, aztəminatlı ailələr də daxil olmaqla, cəmi 400 nəfərə, ümumilikdə ərzaq sovqatı paylanmışdır.

01 Oktyabr – “Ahıllar Günü” münasibətilə ahıl insanlara evlərində ərzaq sovqatı verilmişdir.

Qəsəbə ərazisində əkilmiş ağacların suvarılmasını, avrotexniki qulluğun göstərilməsini və ətrafın təmizliyinə nəzarəti bələdiyyə həyata keçirir. Eyni zamanda qəsəbə parklarındakı yaşıllıqların suvarılmasına, aqrotexniki qulluğun göstərilməsinə də bələdiyyə tərəfindən nəzarət olunur.

Yay mövsümü ilə bağlı dəniz kənarında, qəsəbə küçələrində təmizlik, abadlıq işləri aparılıb, qeyri qanuni yerlərə atılmış tikinti materiallar, budanmış ağaclar, yabanı otlar bələdiyyə tərəfindən təmizlənib və nəzarətdə saxlanılıb. Mövsümlə əlaqədar qəsəbəyə gələn turistlər, qonaqlar tarixi abidələri, o cümlədən 2 qədim tarixi abidəni, görməli yerləri ziyarət ediblər. Həmin abidələrin ətrafı da bələdiyyə tərəfindən təmizlənir və nəzarətdə saxlanılır.    

iki nəfər imkansız qəsəbə sakininin yaşadığı evin dam örtüyünün təmirinə və güclü küləklər vaxtı həyətinin hasarı uçan zaman xəsarət almış bir nəfər imkansız qəsəbə sakininə maddi köməklik göstərilib.

Ötən illər ərzində bələdiyyənin fəaliyyətindəki əsas işlərdən biri də, qəsəbənin əzizbəyov və Oktyabr küçələrinin kəsişdiyi yerdə, qəbirstanlığın qarşısındakı böyük bir ərazidə “Mərasim evi”nin inşasının tamamlanıb istifadəyə verilməsi olmuşdur. əsas məqsədimiz yas mərasimlərinin keçirilməsində sakinlərin rahatlığının təmin edilməsi, dini ayinlərin həyata keçirilməsi, ən əsası da qəsəbənin kasıb, imkansız ailələrin yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməkliyin göstərilməsi olub. şəhid ailələrinin, tənha insanların, imkansız ailələrin yaxınlarının yas mərasimlərinə bələdiyyə tərəfindən əvəzsiz olaraq köməkliyin göstərilməsi ağsaqqallar tərəfindən tövsiyə olunmuşdur.    

13 dekabr 2019-cu il tarixdə, bələdiyyə seçkiləri ərəfəsində 350 nəfərə birdəfəlik xidmət göstərə bilən “Mərasim evi”nin açılışı oldu. Açılışda qəsəbə ağsaqqallarımız, sakinlərimiz, kəndin fəal insanları iştirak etdilər.

Qəsəbənin daha da abadlaşması, sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməliyik. Vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün, potensialımızı səfərbər edəcək, yerli problemlərin həllində öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

 Belediyye.info

 

ŞƏRHLƏR