"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2021-ci il üçün Hesabatı

--2022-01-10 / 14:17

 Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində, Xəzər rayonu da bu gün yüksəliş dövrünü yaşayır. Burada abadlıq, yenidənqurma işləri yüksək templə davam etdirilir, yaşıllıqlar, gözəl parklar hamıda xoş ovqat yaradır. Eyni zamanda Bakı Abadlıq idarəsi tərəfindən qəsəbəmizdə yenidənqurma, təmir, abadlıq işləri həyata keçirilir. Qəsəbəmizə elə bil ikinci həyat verilir.

Aparılan abadlıq, quruculuq, təmir işləri geniş vüsət aldığından, qəsəbəmizin siması dəyişdikcə, həm qəsəbə sakinlərində, həm də gələn qonaqlarda gözəl əhvalı- ruhiyyə yaranır.

Bu inkişaf prosesində Mərdəkan bələdiyyəsi də öz potensial imkanları ilə iştirak edir, aparılan məqsədyönlü və ardıcıl sosial-iqtisadi inkişaf siyasətinə layiqli töhfələr verməyə çalışır.

Müzəffər Ali Baş Komandan ilham əliyev 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı, xalqa müraciətində belə demişdir: “Birinci Qarabağ və ikinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir ki, əlimizdən gələni edəcəyik ki, onları normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Bu müharibədə qəsəbəmizdən də şəhidlərimiz, qazilərimiz oldu. şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Ölkə Prezidentinin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilmişdir. Bu isə, cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanmışdır, onların dövlətimizə və Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə daha da artmışdır.

il ərzində Mərdəkan bələdiyyəsinin 16 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən isə, bələdiyyələrə həm metodiki , həm də pandemiya ilə əlaqədar bir sıra tövsiyələr hazırlanıb göndərilmiş, həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə almışıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 278 ərizə, təşkilatlardan isə, 233 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 342 vətəndaş sosial məsafə qorunmaqla qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mərdəkan bələdiyyəsinin yerli vergi ödəyicilərindən toplanan büdcə gəlirləri 2020-ci ildə 228424 manat olmuşdur.

Lakin qeyd etməliyik ki, Bələdiyyələrlə iş Mərkəzi tərəfindən keçirilən onlayn seminarların,daxil olan tövsiyələrin, metodiki köməkliklərin və bələdiyyəmizdə keçirilən seminarların, nəticəsi olaraq, qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən 2021-ci ilin ərzində ərzində isə, 254831 manat təşkil etmişdir.

 

O cümlədən:

-        fiziki şəxslərdən torpaq vergisi – 59988 manat;

-        fiziki şəxslərdən əmlak vergisi – 168751 manat;

-        torpaq icarə haqqı –1016 manat;

-        Dövlət tərəfindən verilən dotasiya – 18240 manat;

-        kurort və mehmanxana rüsumu- 6836 manat.

 

2021-ci il ərzində xərclər isə -  234530 manat təşkil etmişdir.

 

O cümlədən:

 

-   Bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 72234 manat;

-   Bələdiyyə işçilərinin əmək haqlarından DSMF-yə ayırmalar- 18775   manat;

-      Vergi agentlərinə ödəniş-28597 manat;

-      icbari Tibbi Sığortaya ayırmalar –1052 manat;

-      Maddi yardımlara 35656 manat;

-      Audit xidmətinə –1000 manat;

-      Dəftərxanala ləvazimatlarının alınmasına-1600 manat;

-      Abadlıq-təmizlik işlərinə - 26000 manat;

-      Kommunal xərclərə (işıq, qaz,su,rabitə ) –3725 manat

-      Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –1800 manat;

-      Bank xidməti haqqı – 1001 manat;

-      Poçt xidməti haqqı – 923 manat;

-      ABiHi-na tutulmalar – 1550 manat;

-        “Azərbaycan Ordusuna Yardım   Fondu”na tutulmalar–1750 manat;

-      “Qala - Həyat” Sığorta şirkəti ASC-nə – 153 manat;

-      Yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün aparatın alınmasına – 354 manat;

-      Jurnal və qəzetlərə abunə yazılışına 692 –manat;

-      Xüsusi qeydiyyatlı kitabların alınmasına – 180 manat.

-      Kompüter avadanlıqlarının təmirinə - 425 manat;

-      DəDRX-nə - daşınmaz əmlakdan məlumat– 400 manat.

-        Türk istehsalı (2,5 sm x5 m) 6 ədəd "Azərbaycan Bayrağı"nın alınmasına - 1500 manat;

-        Bələdiyyənin inzibati binası üçün yanğınsöndürən balonun alınmasına, doldurulmasına və həmçinin də 2 ədəd yeni balonun alınmasına - 283 manat;

-        II Qarabağ müharibəsi zamanı şəhid olmuş qəsəbənin igid, vətənpərvər oğullarının xatirəsinin əbədiləşdirilməsi üçün, “şəhidlər parkı"nın əsaslı təmiri və "Bulaq Kompleksi"nin tikilməsi -18490 manat;

-        Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli tam orta məktəbin həyətində şəhid məzunlarının adlarının əbədiləşdirilməsi məqsədilə, “Xatirə abidəsi”nin tikilməsinə - 4147 manat;

-        “Mərdəkan” istirahət parkının müasir işıqlandırılması üçün işıqlandırılma sisteminin yenisi ilə əvəz olunmasına   – 3716 manat;

-       Birinci və ikinci Qarabağ müharibəsinin şəhidləri haqqında nəfis tərtibatla, 400 (dörd yüz) nüsxə kitabın çap olunmasına -2000 manat;

-        Mərdəkan qəsəbəsi şəhidləri Rəfail Cəfərov və şahin isgəndərov küçələrinin kəsişməsində, payız-qış aylarında yağış sularının yığılmasının qarşısının alınması üçün, çirkab su anbarının qazılıb tikilməsinə – 3335 manat;

-        Bayram günlərində qəsəbə ərazisinə vinil lövhələrin yerləşdirilməsi üçün, sifarişin verilməsinə -738 manat;

-       “Mərdəkan” sözü yazılmış lövhənin dəyişdirilməsinə – 531 manat;

-       Texniki avadanlığın alınmasına - 1923 manat.

 

əmək haqqı büdcə üzrə xərclərin 36,1 % təşkil etmişdir.

 Qəsəbə ərazisində Mərdəkan bələdiyyəsi tərəfindən 1918-ci ilin mart hadisələri zamanı şəhid olmuş 6 qəsəbə sakininin xatirəsinə salınmış “şəhidlər parkı”nda layihə-smeta sənədlərinə uyğun olaraq, əsaslı təmir aparılmış, döşəmə yararsız hala düşdüyündən, 300 kv.m-ə yaxın sahəyə yeni səki daşları döşənmiş, əraziyə yeni oturacaqlar qoyulmış, tullantılar üçün yeni konteynerlər quraşdırılmış, müasir işıqlandırma sistemi çəkilmış, yeni həmişəyaşıl kollar və ağaclar əkilmişdir. Yaşıllıqların suvarılması üçün yeni su xətti çəkilmişdir.

Mərdəkan bələdiyyəsinin yerli sosial müdafiə və sosial inkişaf proqramına uyğun olaraq, Vətən müharibəsində şəhid olmuş Yusifov Ağaəli Vaqif oğlunun ailəsinin imkansızlğını, ata və anasının xəstə olmalarını nəzərə alaraq, ailə 1 (bir) il müddətinə bələdiyyənin himayəsinə götürülmüşdür.

Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olaraq, şəhadətə yüksələn, Mərdəkan qəsəbəsinin 3 igid övladının ildönümləri ilə əlaqədar, ailələrin hər birinə 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsait ayrılmışdır.

44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş, baş leytenant Nəhmətov Ceyhun Ehtiqat oğlunun atası Nəhmətov Ehtiqat Sirac oğluna 1000 (bir min) manat məbləğində maddi köməklik göstərilmişdir.

Qəsəbə sakini, Vətən müharibəsi iştirakçısı Zeynalov Sahib Mürvət oğluna ailəsi ilə birlikdə yaşadığı evin dam örtüyünün dəyişdirilməsinə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti ilə köməklik göstərilmişdir.

Mərdəkan qəsəbə sakini əzimov Nurlan Zamin oğluna 44 günlük Vətən müharibəsində iştirak etdiyini, maddi durumunun ağır, atasının da xəstə olmasını nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 300 (üç yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Mərdəkan qəsəbə sakini Almasov Orxan ələddin oğluna Qarabağ əlili olmasını, imkansızlığını, xəstəliyini nəzərə alaraq, yaşadığı evin təmiri üçün, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 500 (beş yüz) manat məbləğində maddi dəstək göstərilmişdir.

2-ci qrup Qarabağ əlili, Qarayev Xəyal Valeh oğluna imkansızlığını, Vətən müharibəsində kəllə-beyin travması almasını, gözündən yaralanmasını nəzərə alaraq, yarımçıq qalmış hamam və sanitariya qovşağının tikintisinin tamamlanması üçün,bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 500 (beş yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Mərdəkan bələdiyyəsi olaraq, tərəfimizdən qəsəbənin II Qarabağ müharibəsində iştirak edərək şəhid olmuş qəsəbənin vətənpərvər, igid oğullarının ailələrinə və yaralanan qazilərimizə həm maddi, həm də mənəvi dəstək göstərilmiş və bu günə kimi proses davam edir.

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərindən 4 nəfərə və Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar isə, 2 şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir.

Novruz bayramı ilə əlaqədar, I və II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər zamanı, övladları şəhid olmuş ailələrə və qazilərə, cəmi 31 nəfərə ərzaq bağlaması ilə köməklik göstərilmişdir.Bu məqsədlə bələdiyyə büdcəsindən 1000 (bir min) manat məbləğində maliyyə vəsaiti ayrılmışdır.

Çernobıl faciəsinin 35-ci ildönümü ilə əlaqədar, 9 nəfər əlilə, cəmi 500 (beş yüz) manat dəyərində ərzaq sovqatı verilmişdir.

Eyni zamanda Mərdəkan qəsəbəsinin şəhid ailələrinə, qazilərə, aztəminatlı, imkansız, gözdən əlillərə, ahıl insanlara 30106 manat məbləğində maddi yardımlar edilmişdir.

Bu kateqoriyadan olan insanların yaxınlarının məzar başdaşlarının qoyulması məqsədilə, bələdiyyə büdcəsindən 5550 manat məbləğində pul vəsaiti ayrılmışdır.

Ramazan bayramı ilə əlaqədar, Mərdəkan qəsəbəsində yaşayan şəhid ailələrinə, qazilərə, gözdən əlillərə, ahıl insanlara qayğı və diqqətin göstərilməsi ilə bağlı, cəmi 72 nəfərə 1500 (bir min beş yüz) manat məbləğində ərzaq bağlaması ilə köməklik göstərilmişdir.

Müqəddəs “Qurban bayramı” münasibətilə, qəsəbədəki şəhid ailələrinə, qazilərimizə, gözdən əlillərə, ahıl insanlara, imkansız, aztəminatlı ailələrə qayğı və diqqətin göstərilməsi ilə bağlı, cəmi 300 nəfərə 6000 (altı min) manat məbləğində ərzaq bağlaması ilə dəstək göstərilmişdir.

1941-1945-ci illər Müharibəsindəki Qələbənin 76 illiyi ilə əlaqədar, müharibə zamanı arxa cəbhədə fədakarlıq göstərən 3 nəfər qəsəbə sakinimizin hər birinə 100 (bir yüz) manat pul vəsait və ərzaq bağlaması ilə köməklik göstərilmişdir.

“01 Oktyabr –Ahıllar Günü” münasibətilə, Mərdəkan qəsəbəsinin 15 (on beş) nəfər ahıl insanına evlərində ərzaq sovqatı paylanmışdır.Bu məqsədlə bələdiyyə büdcəsindən 375 (üç yüz yetmiş beş) manat məbləğində vəsait ayrılmışdır.

Xəzər rayonu icra Hakimiyyəti, Bakı şəhər Gənclər idman Baş idarəsi, Xəzər rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə, “Zəfər Günü”nə həsr olunmuş rayon bələdiyyələrinin yeniyetmələrdən ibarət komandaları arasında mini-futbol turniri keçirilmiş, Mərdəkan bələdiyyəsinin komandası 2–ci yerə çıxmışdır. Qalib komanda diplom və medallarla təltif edilmişdir.

Koronavirus pandemiyası bütün dünya ölkələri, cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və digər istiqamətlər baxımından ciddi sınaq oldu. Koronavirus infeksiyası ən inkişaf etmiş ölkələrdə belə, hər gün bir çox insanın həyatına son qoyur. Azərbaycanda bu virusa qarşı mübarizədə Azərbaycan Prezidentinin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilmiş və bütün resurslar ölkə əhalisinin sağlamlığının qorunmasına yönəldilmişdir. Təqdirəlayiq haldır ki, koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində, Azərbaycanda epidemiyanın geniş yayılmasına imkan verilmədi. Bu baxımdan dövlətimiz ən zəruri olan addımları atdı.

Hazırda ölkəmizdə əhalinin peyvəndlənməsi işlərinin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanlar peyvənd olunmuşdur. Vaksinasiyanın əhatə dairəsini daha da genişləndirmək üçün, əhali arasında tərəfimizdən də maarifləndirmə işləri aparılmış və bu proses davam edir.

Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq. Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı fəaliyyətimizi də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrini və iradlarını hər zaman işdə rəhbər tutacağıq.  

 

Xəzər rayonu, Mərdəkan bələdiyyəsi                                 

 

 

 

ŞƏRHLƏR