"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2021-ci ilin 6 aylıq Hesabatı

--2021-07-05 / 18:06

Azərbaycanın Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da, o cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.

Mərdəkan bələdiyyəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair Qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 5-ci dəfə keçirilmiş bələdiyyə seçkilərindən bir il altı ay ötmüşdür. Ötən müddət ərzində Mərdəkan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmişdir.

2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının ermənistan işğalçıları tərəfindən 30 illik işğalına son qoyuldu. Müzəffər Ali Baş Komandanımız ilham əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi.

Bu haqq savaşında qəsəbəmizdən də şəhidlərimiz, qazilərimiz oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Prezident ilham əliyevin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilidi. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılandı, onların dövlətimizə və Ali Baş Komandanımıza inam hisslərini, məhəbbətini gündən-günə daha da artırdı.

Mərdəkan bələdiyyəsi olaraq, tərəfimizdən qəsəbəmizin II Qarabağ müharibəsində iştirak edib şəhid olmuş övladlarımızın ailələrinə və yaralanan əsgərlərimizə həm maddi, həm də mənəvi dəstək göstərildi və bu günə kimi bu proses davam edir.

Eyni zamanda II Qarabağ müharibəsində şəhid olmuş Yusifov Ağaəli Vaqif oğlunun ailəsinin çox imkansız, ata və anasının xəstə olmalarını nəzərə alaraq ailə 1 (bir) il müddətinə bələdiyyənin himayəsinə götürülmüşdür.

Dünyanı cənginə almış koronavirus pandemiyası bütün dünya ölkələri, cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və digər istiqamətlər baxımından ciddi sınaq oldu. Koronavirus infeksiyası ən inkişaf etmiş ölkələrdə belə, hər gün çoxlu sayda insanın həyatına son qoyur. Azərbaycanda bu virusa qarşı mübarizədə Azərbaycan Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilmiş və bütün resurslar ölkə əhalisinin sağlamlığının qorunmasına yönəldilmişdir. Təqdirəlayiqdir ki, koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində, Azərbaycanda epidemiyanın geniş yayılmasına imkan verilmədi. Bu baxımdan dövlətimiz ən zəruri olan addımları atdı.

Hazırda ölkəmizdə əhalinin peyvəndlənməsi işlərinin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan üç milyondan artıq insan peyvənd olunmuşdur. Vaksinasiyanın əhatə dairəsini daha da genişləndirmək üçün, əhali arasında tərəfimizdən də maarifləndirmə işləri aparılmışdır və bu davam edir.

Pandemiya ilə əlaqədar sakinlərimizin problemlərini yerində öyrənir və həllinə çalışırıq.

6 ay ərzində Mərdəkan bələdiyyəsinin 7 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki və pandemiya ilə əlaqədar bir sıra tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 126 ərizə, təşkilatlardan isə, 103 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 120 vətəndaş sosial məsafə qorunmaqla qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

 Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2021-ci ilin 6 ayı üçün  93637 manat təşkil etmişdir.

Bələdiyyələrlə iş Mərkəzi tərəfindən daxil olan tövsiyələrə və qanunvericiliyə istinad edərək, vergi agentləri vergi yığımının artırılmasında böyük səy göstərmişlər.

Bu da 2020-ci ilin 6 ayı üzrə müqayisədə yerli (bələdiyyə) vergi yığımı 31,64 % çox olmuşdur.

 

O cümlədən:

-         fiziki şəxslərdən torpaq vergisi –   22882   manat;

-         fiziki şəxslərdən əmlak vergisi –   70226 manat;

-         kurort və mehmanxana rüsumu-   529 manat.

 2021-ci ilin 6 ayı ərzində xərclər isə - 83218 manat təşkil etmişdir.

 O cümlədən:

 -   Bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 37708   manat;

-   Bələdiyyə işçilərinin əmək haqlarından DSMF-yə ayırmalar- 9566 manat;

-       icbari Tibbi Sığortaya ayırmalar – 1472 manat;

-       Maddi yardımlara 7600 manat;

-       Audit xidməti –1000 manat;

-       Abadlıq-təmizlik işlərinə - 12000 manat;

-       Kommunal xərclərə (işıq, qaz,su,rabitə ) –3551 manat

-       Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –900 manat;

-       Bank xidməti haqqı – 640   manat;

-       Poçt xidməti haqqı – 464   manat;

-       ABiHi-na tutulma – 1850 manat;

-       “Silahlı Qüvvələrə Yardım Fonduna” tutulma –639 manat;

-       Yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün aparatın alınmasına– 354 manat;

- Qala - Həyat” Sığorta şirkəti ASC-nə – 153 manat;

-  Abunəlik (“Səma Mətbuat Yayımı” və “Belediyye.info” internet portalına) 302 –manat;

-  Kompüter avadanlıqlarının təmirinə- 70 manat;

- Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinə - vergi ödəyicilərinin daşınmaz əmlak obyekti barədə məlumatların əldə edilməsinə – 200 manat.

- “Milla”Məhdud Məsuliyyətli Cəmiyyətə - 3 ədəd (2,5x5) türk istehsalı "Azərbaycan bayrağı"nın alınmasına- 750 manat;

-  “Red Star” MMC- yə -bələdiyyə üçün 3 ədəd yanğınsöndürən balonun doldurulması və 2 ədəd yeni balonun alınmasına- 283 manat;

- “Fakel-KN” MMC – yə - “Mərdəkan” istirahət parkının axşam vaxtı işıqlı görünməsi üçün elektrik avadanlıqlarının alınmasına (44 ədəd – küçə işığı, 2 ədəd – işıq dirəyi, 3 ədəd-projektor, 60 metr – şunur) – 3716 manat.

 əmək haqqı büdcə üzrə xərclərin 47,7%-ni təşkil etmişdir.

 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərindən 4 nəfərə və Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar isə, 2 şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir.

Novruz bayramı ilə əlaqədar, I və II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər zamanı övladları şəhid olmuş ailələrə və qazilərə cəmi 31 nəfər olmaqla, 1000 (bir min) manat dəyərində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Çernobıl faciəsinin 35-ci ildönümü ilə əlaqədar, 9 nəfər əlilə 500 (beş yüz) manat dəyərində ərzaq sovqatı verilmişdir.

Eyni zamanda Mərdəkan qəsəbəsinin aztəminatlı, imkansız, şəhid ailələrinə, qazilərə, gözdən əlillərə, ahıl insanlara 3700 (üç min yeddi yüz) manat məbləğində maddi yardımlar edilmişdir.

Bu kateqoriyadan olan insanların yaxınlarının məzar daşlarının qoyulması məqsədilə, isə bələdiyyə büdcəsindən 600 (altı yüz) manat məbləğində pul vəsaiti ayrılmışdır.

Ramazan bayramı ilə əlaqədar, Mərdəkan qəsəbəsində yaşayan şəhid ailələrinə, qazilərə, gözdən əlillərə, ahıl insanlara qayğı və diqqətin göstərilməsi ilə bağlı, 72 nəfərə 1500 (bir min beş yüz) manat məbləğində ərzaq bağlaması ilə köməklik göstərilmişdir.

1941-1945-ci illər Müharibəsindəki Qələbənin 76 illiyi ilə əlaqədar müharibə zamanı arxa cəbhədə fədakarlıq göstərən 3 nəfər qəsəbə sakinimizin hər birinə 100 (bir yüz) manat pul vəsaiti və ərzaq bağlaması ilə köməklik göstərilmişdir.

Bələdiyyəimizin fəaliyyətində hər zaman şəhadətə ucalmış, canından, qanından          keçmiş şəhid övladlarımızın ailələrinə, qazilərimizə köməkliyimizi, dəstəyimizi əsirgəməyəcəyik, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq.

Bundan sonrakı fəaliyyətimizi ölkə Prezidenti cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrini işdə rəhbər tutacağıq.  

 Mirbaba Hüseynov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri                                

 

ŞƏRHLƏR