"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan qəsəbəsində istirahət parkının açılışı olub

--2016-12-28 / 15:33

Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi Ümummilli lider Heydər əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.

 “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı  Dövlət Proqramı” çərçivəsində ölkəmizin bütün rayonlarında, o cümlədən Xəzər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri sürətlə davam etdirilir.

Bu işlərin davamı olaraq 24 dekabr 2016-cı il tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni salınan “Mərdəkan istirahət Parkı”nın açılışı olmuşdur.

Açılış mərasimində Xəzər rayon icra Hakimiyyətinin başçısı Gülağa islamov, Millət Vəkili Rauf əliyev, “Xəzər inkişaf Fondu”nun icraçı direktoru Elmar Mədətov, YAP Xəzər rayon təşkilatının sədri Namiq əhmədov, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Mərdəkan bələdiyyəsinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
 Mərdəkan qəsəbə sakinlərinin çoxsaylı müraciətləri rayon icra Hakimiyyəti tərəfindən nəzərə alınaraq, qəsəbənin girişində və əsas mərkəzi küçəsinin kənarında “Mərdəkan istirahət parkı” salınmışdır. Qəsəbə sakinlərinin mənalı istirahəti üçün ümumi sahəsi 3600 kv2 olan parkın tikintisinə 2015-ci ilin dekabr ayından başlanılmışdır. Həmin ərazidə 120 ədəd dekorativ ağac və 3000 ədəd bəzək kolları əkilmişdir.

Açılışda rayon icra Hakimiyyətinin başçısı Gülağa islamov sakinlər qarşısında çıxış edərək bildirmişdir ki, istifadəyə verilən yeni parkda insanların istirahətinin təmin edilməsi üçün bütün zəruri işlər görülmüşdür. Xəzər rayonunda  ölkə prezidenti ilham əliyevin qayğısı və təşəbbüsü ilə abadlıq, quruculuq işləri  bundan sonra da davam etdiriləcəkdir.Sakinlərin rahat, mənalı istirahətləri üçün əlimizdən gələni etməyi hər zaman çalışırıq.

Sonra Millət Vəkil Rauf əliyev, “Xəzər inkişaf Fondu”nun icraçı direktoru Elmar Mədətov və YAP Xəzər rayon təşkilatının sədri Namiq əhmədov çıxış edərək yeni salınan parkın açılışı, ümumilikdə rayonda gedən abadlıq – quruculuq işlərinin yüksək səviyyədə getməsini bildirmişlər və qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə qəsəbə sakinlərini təbrik etmişlər.

Sonda qəsəbə sakinləri, xüsusilə də ağsaqqallar və ziyalılar çıxış edərək son illər rayonun bütün sahələrində olduğu kimi, abadlıq-quruculuq işlərinin ardıcıl şəkildə davam etdirilməsi istiqamətində görülən işlərə görə, Ölkə Başçısı cənab ilham əliyevə və Millət Vəkili Mehriban Xanım əliyevaya rayona göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Belediyye.info

ŞƏRHLƏR