“Yeni Azərbaycan” təşviqat qrupunun Xəzər rayon şöbəsi sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar tədbirlər planı çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan seçicilərlə görüş keçirib.
Görüşdə YAP-Xəzər rayon Təşkilatının sədri Namiq əhmədov, Mərdəkan bələdiyyəsinin sədri Hüseynov Mirbaba, bələdiyyə sədrinin müavini Jale əhmədova “inkişafa və yeniliyə səs verək” - təşviqat kampaniyası çərçivəsində çıxış edərək Konstitusiyaya edilən düzəlişlər barəsində yığıncaq iştirakçılarına geniş məlumat veriblər.
Tədbirin sonunda iştiakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası müstəqillik elan etdikdən sonra, ilk dəfə olaraq, 1995-ci ilin noyabrın 12-də Ümümxalq səsverməsi yolu ilə Konstitusiya qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibabət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər olunub. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Edilən əlavə və dəyişikliklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, inkişafına sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.
Ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə, Referendum Aktının layihəsi Ümumxalq səsverməsinə (Referenduma) çıxarılıb və bu 2016-cı il sentyabrın 26-na təyin edilib.
Daha sonra qeyd edilib ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təkliflərin Referendum vasitəsilə qəbul olunacağına inanırıq. Xalq bu dəfə də ölkə başçısı ilə həmrəyliyini nümayiş etdirəcəkdir, çünki xalqımız hər zaman ölkə başçısının həyata keçirdiyi islahatları dəstəkləyir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından önəmlidir.
Sonda bildirlib ki, əlavə maddələrdən biri də, 146-cı maddədə bələdiyyələrin məsuliyyəti barədədir. Bu düzəlişdən sonra bələdiyyələrin üzərinə düşən məsuliyyət hissi artacaq, sakinlərin qarşılaşdığı problemlərin həlli sürətlənəcəkdir.
Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təkliflərin Referendum vasitəsilə qəbul olunacağına inanırıq. Xalq bu dəfə də ölkə başçısı ilə həmrəyliyini nümayiş etdirəcəkdir, çünki xalqımız hər zaman ölkə başçısının həyata keçirdiyi islahatları dəstəkləyir.
Biz də bir bələdiyyə olaraq, vətəndaşlarımızın rahat və firavan yaşayışının təmin olunması məqsədilə, inkişafa, sabitliyə və bütövlükdə ölkənin gələcəyinə səs verəceyik.
Belediyye.info
|
|
|
|