"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan qəsəbəsində sakinlərlə görüş keçirilib

--2017-11-10 / 16:17

Mərdəkan qəsəbəsindəki Nizami adına Mədəniyyət Mərkəzində Xəzər rayon icra Hakimiyyətinin Başçısı Gülağa islamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Görüşdə millət vəkili Rauf əliyev, RiH Başçısının müavinləri, aparatın şöbə müdirləri, qəsəbə inzibari ərazi dairəsi üzrə nümayəndəsi, Mərdəkan bələdiyyəsinin üzvləri,  idarə və müəssisə təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü RiH başçısı G.islamov açaraq, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Sonra  qəsəbə sakinləri çıxış edərək Mərdəkan qəsəbəsində abadlıq-quruculuq işlərinə görə öz minnətdarlıqlarını bildirərək, qəsəbədə onları narahat edən çatışmamazlıqları, o cümlədən su, kanalizasiya, qəsəbədaxili yolların asfaltlanması  və bəzi mövcud problemlərdən söz açıblar.

Görüşdə çıxış edən millət vəkili Rauf  əliyev ölkədə gedən inkişaf prosesləri, Xəzər rayonunda  həyata keçirilən işlər, qarşıda duran problemlərin mərhələli şəkildə birlikdə həllinə nail olacağını bildirib.

Sonda Rayon icra Hakimiyyəti Başçısı G.islamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.

Belediyye.info

ŞƏRHLƏR