Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon icra Hakimiyyəti başçısının Mərdəkan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Mərdəkan Qəsəbə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Xəzər RiH yayıb.
Hesabat yığıncağında Xəzər Rayon icra Hakimiyyəti başçısının birinci müavini Elşən Salahov, RIH başçısının müavinləri, Arif Balayev, Lalə əhmədova, RiH Başçısı Aparatının şöbə müdirləri, rayon üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Rayon icra Hakimiyyəti Başçısının birinci müavini E.Salahov rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapması barədə toplantı iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Rayon icra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilqar Müqbilov və Mərdəkan Bələdiyyəsinin sədr müavini Sabir Dadaşov 2018-ci il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış ediblər.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara yerindəcə müvafiq tapşırıqlar verildi.
Belediyye.info