"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Meriyanın yeni aparat rəhbəri-Elgün Həbibullayev

--2018-09-20 / 09:57

Xəbər verdiyimiz kimi, Bakı şəhər icra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.  Rasim Quliyev Modern.az-a özəl açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

“Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı şəhər icra Hakimiyyətinin Xarici əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

“Yeni Aparat rəhbəri Elgün Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. əvvəllər Bakı şəhər icra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

Belediyye.infonun əldə etdiyi məlumata görə, Elgun Həbibullayev Eldar əzizovun komandasında  Gəncə və Sumqayıt  şəhəri icra Hakimiyyətlərində çalışıb.

Hətta Sumqayıt şəhər icra Hakimiyyəti başçısının müavini vəzifəsinədək yüksəlib. 

Ancaq idarəçilik sahəsində  əmək fəaliyyətinə isə  BşiH Xarici əlaqələr və investisiya proqramları Departamentində başlayıb.

Belediyye.info

ŞƏRHLƏR