ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzindən Belediyye.info saytına daxil olan məlumata görə, cari ilin birinci yarısında mərkəzə bələdiyyələrin fəaliyyətiylə bağlı şikayət xarakterli 858 müraciət daxil olub.
Ötən hesabat dövründən qalıq qalmış 53 müraciəti də nəzərə alsaq, həmin müraciətlərin sayı 911 olub. Birinci yarımildə Nazirliyin “Qaynar xətti” vasitəsilə Mərkəzə 97 müraciət daxil olub ki, onlardan 3 müraciət əsasında araşdırma aparılmış və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş, 86 müraciət qanunvericiliyin tələbləri izah olunmaqla cavablandırılmışdır.
Məlumatda daha sonra qedy olunur ki, 43 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmış, onlardan 23-də daha ciddi hüquq pozuntularına yol verildiyinə görə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. 8 müraciət Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanına uyğun olaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
Müraciətlərə baxılarkən aşkar edilmiş qanun pozuntularıyla bağlı bələdiyyələrə 141 tövsiyə göndərilib.
Belediyye.info