"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərkəz rəisindən təbrik məktubu

--2021-05-25 / 15:12

Belediyye.info saytının kollektivinə

Bu gün müasir Azərbaycanın müstəqil internet resursu olan Belediyye.infonun fəaliyyətə başlamasının altıncı ili tamam olur. Bu münasibətilə Bələdiyyələrlə iş mərkəzinin kollektivi adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Müstəqillik illərində Azərbaycanda demokratikləşmənin mühüm göstəricilərindən olan söz və məlumat azadlığı da inkişaf etmiş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranmışdır.

Yeni şəraitdə özünəməxsus dəsti-xətti və mövqeyi ilə seçilən Belediyye.info saytı fəaliyyətə başladığından bəri bu illər ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı problemləri, uğur və nailiyyətləri mətbuatda obyektiv işıqlandırmış, onların təbliğ edilməsində xüsusi rolu olmuş və öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Həmçinin sayt fəaliyyət göstərdiyi müddət ərzində Bələdiyyələrlə iş Mərkəzi ilə də geniş və faydalı əməkdaşlıq etmişdir.

inanırıq ki, Belediyye.info saytının kollektivi fəaliyyət göstərdiyi bütün dövrlərdə olduğu kimi, bundan sonra da bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlərin işıqlandırılmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir.

Bir daha “Bələdiyyə.info”nun bütün əməkdaşlarını təbrik edir, onlara uzun ömür can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm.

 ən xoş arzularla,

Rəhman Məmmədov, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi

                                                                                               

                                                                      

ŞƏRHLƏR