"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Merlərin Razılaşması təşəbbüsünə qoşulan Mingəçevir bələdiyyəsində hansı işlər görülüb ?

--2018-09-29 / 20:57

Xəbər verdiyimiz kimi, Energetika Nazirliyi Ai-nin iqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Milli əlaqələndirici olacaq. Hazırda Azərbaycandan Merlər Razılaşmasına Mingəçevir bələdiyyəsi və “içərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu idarəsi qoşulub.

Razılaşmaya qoşulmaq niyyəti olan digər bələdiyyələrin Energetika Nazirliyinə müraciət etmələri də xəbər verilirdi.

Razılaşmaya hələ 16 iyun 2017-ci il tarixdə qoşulan Mingəçevir bələdiyyəsinin komissiya sədri Zahud Qasımlı Belediyye.infoy açıqlamasında bildirib ki, Merlərin Razılaşması (MR) şərq Avropa ittifaqının iqlim və enerji təşəbbüsünü şərq Tərəfdaşlığı ölkələrinə təqdim edən Avropa ittifaqının maliyyələşdirdiyi layihədir.

MR şərq yerli hakimiyət orqanlarına dayanıqlı enerji siyasətlərinin təkmilləşdirilməsində, onların təbii yanacaqdan asılılıqlarının azaldılmasında, enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaqda yardım edir və onların iqlim dəyişikliyinin azaldılması və adaptasiya öhdəliklərinə dəstək olur.

Mingəçevir bələdiyyəsi qüvvədə olan Ai-Azərbaycan Tərəfdaşlıq əməkdaşlıq Sazişinə əsasən, Ai-nin Merlərin Razılaşması təşəbbüsünə qoşulmuş və Ai-nin müvafiq qurumları ilə 16 iyun 2027-ci ildə saziş imzalamışdır.

Sazişə görə, Ai saziş iştirakçılarını effektiv enerji resurslarından səmərəli istifadəni, alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın maliyyə institutları ilə əlaqə yaratmağı, bu sahədə hazırlanan layihələti texniki və maliyyə baxımından dəstəkləməyi öhdəsinə götürür.

Razılşam ilə əlqaədar bələdiyyədə görülən işlərə toxunan komissiya sədri bildirib ki, Mingəçevir bələdiyyəsi artıq bu işlərə başlayıb və işçi qrupu formalaşdırıb.

işçi qrupunun üzvlərindən 3 nəfər bu məqsədlə Ai-nin müxtəlif tədbirlərində iştirak edib. Və bələdiyyənin hazırladığı layihə təqdim olunub.

 Belediyye.info

ŞƏRHLƏR