"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məşhur iranlı səyyah Astarada olub

--2017-08-21 / 05:45

Məşhur iranlı velosipedçi-səyyah 62 yaşlı Hamid Ghazi Astara rayonunda səfərdə olub. Bu barədə məlumatı Astara bələdiyyəsi yayıb.

Səfər zamanı Astara bələdiyyəsində də olan tanınmış səyyah dünyanın diqqətini velosiped turizminə yönəltmək istədiyini və idmanın bütün pis vərdişlərdən uzaq olmaq üçün ən gözəl vasitə olduğunu bildirib.

Səyahət etdiyi bütün ölkələrin ictimaiyyət nümayəndələri ilə görüşdüyünü deyən Hamid Ghazi Astara bələdiyyəsinin sədri A.Məmmədova ilə və “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə ilə görüşüb.

Astara qəzetinə müsahibə verən iranlı səyyah Astaranın gözəlliyinə vurulduğunu və təhlükəsizliyin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşlərdə xüsusiylə vurğulanıb ki, son illər Astaraya gələn turistlərin sayının kəskin artması regionda turizm infrastrukturunun formalaşdığının əyani göstəricisi kimi qəbul edilməlidir.

Belediyye.info

ŞƏRHLƏR