Modern.az-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, prosesdə həmin siyasi partiyaların namizədləri qeydiyyata alınıb:
"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu çox yaxşı göstəricidir".
MSK sədri bildirib ki, 1606 bələdiyyəyə 15 156 bələdiyyə üzvü seçilməlidir: "Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq müraciət olub. imza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .
M.Pənahov deyib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər:
"Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq. əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək".