"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

MiDA-nın təkmilləşdirilmiş Güzəştli Mənzil sisteminin təqdimatı keçirilib

--2018-08-04 / 08:38

Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə ictimai şurada MiDA-nın yenilənmiş və təkmilləşdirilmiş “Güzəştli Mənzil” sisteminin təqdimatı keçirilib.

Tədbirdə MiDA-nın direktor müavini Sadiq Sadıqov və bu qurumun digər rəsmiləri, VXSi Dövlət Agentliynin və Elektron Hökumətin inkişafı Mərkəzinin rəsmi nümayındələri , Nəqliyyat , rabitə və yüksək texnologiyalar nazirliyinin və Nazirliyin tabeliyində fəaliyyət göstərən AzinTelecom və MHM -in nümayəndələri iştirak edib.

MiDA-ın direktor müavini Sadiq Sadıqov beynəlxalq qurumların və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin inkişafı Mərkəzi”nin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin də yaxından iştirakı ilə Güzəştli Mənzil sisteminin təkmilləşdirlmiş versiyasının hazırlandığını diqqətə çatdırıb. O, Elektron Xidmətlərin Təşviqi üzrə ictimai şurada bu resursun istifadədən öncə ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. şura tərəfindən irəli sürülən təkliflərin faydalı olacağını bildirib.

Daha sonra güzəştli mənzil informasiya sisteminin mənzillərin onlayn seçimini həyata keçirən interaktiv hissəsinin təqdimatı olub. Vətəndaşların bu prosesə daha yaxşı hazırlaşması üçün bir ay müddətində aktiv olması nəzərdə tutulan DEMO versiya hazırlanıb. Vətəndaşlar onlayn mənzil seçiminin bütün mərhələlərini qabaqcadan burada sınaqdan keçirə biləcəklər.
Təqdimat prosesində MiDA və VXSi Dövlət Agentliyinin rəsmiləri təkmilləşdirmə prosesində həyata keçirilən yeniliklərlə bağlı məlumatlar veriblər. Sistemin ilkin versiyasında olan çatışmazlıqların aradan qaldırılması istiqamətində atılan texniki və texnoloji əlavələr haqqında məlumatlar verilib.

Təqdimatdan sonra sistemin dayanıqlı, ədalətli və şəffaf fəaliyyətinin təmin edilmısi ətrafında müzakirələr olub. Elektron Xidmətlərin Təşviqi üzrə ictimai şuranın üzvləri tərəfindən çoxsaylı suallar və təkliflər verilib.

http://xeberler.az/new/details/mida-nin-tekmillesdirilmis-guzestli-menzil-sisteminin-teqdimati-kecirilib--20981.htm

ŞƏRHLƏR