"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mikayıl Cabbarova müraciət edildi

--2018-06-27 / 16:58

Nəsimi Bələdiyyəsi sədr Nazim Qaraxanovun imzasıyla Azərbaycan Respublikası Vergilər naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“ Hörmətli cənab Nazir!

Məlumat üçün yüksək diqqətinizə çatdırmaq istərdik ki,Yerli Vergilər və ödənişlər haqqında AR Qanununun 9.1.4 maddəsinə əsasən bələdiyyə ərazisində yerləşən mehmanxanalarda qonaqların hər bir gecələməsi üçün sutkalıq 1,1 manatdan çox olmayaraq yerli büdcəyə ödəniş həyata keçirməlidir.Bu ödənişlər AR Yerli vergi və ödənişlər haqqında qanunun 11.2 maddəsinə əsasən hesabat formasında öz əksini tapmalıdır. Vergilər Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli 1517040100655900 nömrəli əmri ilə təsdiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait"ə 10 â„– li əlavəyə əsasən Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş,bu xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və bələdiyyəyə təqdim olunmaqla, növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki,bəzi mehmanxanalar tərəfindən hələ də bu məlumatlar bələdiyyələrə təqdim edilmir,ya da reallıqdan çox uzaq olan gecələmələr sayı göstərilir.

Cənab prezident ilham əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı proqramlarına bələdiyyələrin də öz layiqli töhfəsini verməsini təmin etmək istiqamətində yerli büdcə imkanlarının da artırılması xüsusilə böyük aktuallıq kəsb etdiyini nəzərə alaraq,yerli vergilərin ödənişindən yayınmaların və bundan irəli gələn intizamsızlığın qarşısını almaq məsələsi zərurətə çevrilmişdir.əlbətdə ki mehmanxanaların yerli vergilərə cəlb edilməsini təmin etmək məqsədilə bələdiyyələrin məhkəməyə müraciət etmək hüququ vardır.Lakin məhkəmə icraatına başlanılması üçün dəqiq məlumatlara əsaslanaraq tərtib edilmiş alt sənədlər təqdim edilməlidir.

Burada da təbii ki, gecələmələrin sayı barədə dəqiq məlumatlar öz əksini tapmalıdır, hansı ki bu məlumatları bələdiyyələrə təqdim etməkdən mehmanxana rəhbərliyi ciddi cəhdlə boyun qaçırır.

Hörmətli cənab Nazir,

 Son zamanlar tərəfinizdən həyata keçirilən,vergilərin ödənişindən yayınmalara qarşı,eləcə də vergi sistemində nizam-intizamın və şəffaflığın təmin olunmasına yönəlmiş fəaliyyətiniz, bələdiyyələrin də bu qəbildən olan problemlərinin öz həllini tapacağına ümidlərini xeyli artırmışdır.

 Hörmətli Mikayıl müəllim,

Yuxarıda göstərilənləri və mehmanxanalarda gecələmələrin sayı barədə bəyan olunmuş göstəricilərin yalnız Vergilər Nazirliyinin məlumat bazasında olduğunu nəzərə alaraq,adları aşağıda göstərilən mehmanxanalardakı qonaqlamalar haqda məlumatların Nəsimi Bələdiyyəsinə ötürülməsi üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.”

 Belediyye.info

 

ŞƏRHLƏR