"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Millət vəkili Belediyye.infonu belə təbrik etdi

--2017-07-22 / 04:57

Milli Məclsin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov  Milli Mətbuat günü münasibətiylə Belediyye.infoya təbrikini çatdırıb. Bununla yanaşı millət vəkili tövsiyə verməyi də unutmayıb:

Məktubda qeyd edilir:

“Bələdiyyə sistemi birbaşa əhali ilə təmasda olan və fəaliyyətlərini xalqa xidmət etməklə tanınmalı yerliözünüidarəetmə orqanları olduğundan onların fəaliyyətlərinin media vasitəsilə təbliğinə böyük ehtiyac duyulur. Çünki, yaxşı fəaliyyət təbliğ olunmalı, öyrənməli, nöqsanlar isə deyilməli, nəticə çıxarılmalıdır. Belediyye.info internet  saytı ölkəmizdə bələdiyyələrin maarifləndirilməsində və bələdiyyə işinin təbliğini həyata keçirən  mətbuat orqanıdır.

Saytın əməkdaşları yerlərdə jurnalist araşdırmaları aparır və nümunəvi bələdiyyələrin tanınmasında, onların iş təcrübəsinin təbliğində geniş fəaliiyyət göstərir.

iyunun 22-si Mətbuat işçilərin peşə bayramı olduğuna görə bütün mətbuat işçilərini və xüsusilə bələdiyyələrin fəaliyyətlərini işıqlandırılması ilə məşğul olan    Belediyye.info saytının əməkdaşlarını təbrik edirəm,  sizlərə can sağlığı və məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək!”

Beeldiyye.info

ŞƏRHLƏR