"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Millət vəkili Qənirə Paşayevanın qardaş bələdiyyələr təklifi dəstəklənib

--2016-05-14 / 18:49

Afşində Qarabağ parkının açılışında iştirak etmək və Qarabağla bağlı konfrans vermək üçün bu bölgədə səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Afşin bələdiyyəsinin başqanı Mehmet Fatih Güvenlə görüşüb.

Gün.Az xəbər verir ki, gorüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və bələdiyyələr olduğunu bildirərək, Afşinin  də  Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini  bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi,  Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb və Afşində Qarabağ parkının açılması münasibəti ilə təşəkkür edərək Afşin  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 

Azərbaycanı sevdiyini deyən Afşin  bələdiyyə başqanı Mehmet Fatih Güven  Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Afşin  bələdiyyəsinə rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. 

Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və sizin Afşində Qarabağ adını daşıyan parkın olması təklifiniz çox önəmli idi və belə bir addımı atmaq bizim borcumuz idi və Qarabağ parkı bizim Qarabağ sevdamızı bir daha dosta da düşmənə də göstərdi dedi. 

Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın  növbəti hissəsələrində Afşinə də yer ayrılacağını bildirib və Azərbaycan insanına Afşini də daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. 

Millət vəkili  Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən  Afşin bələdiyyə başqanı  Mehmet Fatih Güven  Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini   deyib. 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Afşin bələdiyyə başqanına həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar institutu iB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi,  mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Afşin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. 

Millət vəkili Afşinə səfəri çərçivəsində eyni zamanda Afşin Kaymakamı Ali Edib Budan ilə də görüşüb və Qarabağ problemi ilə bağlı geniş fiir mübadiləsi aparılıb.  Millət vəkili Q.Paşayevaya verdiyi konfrans üçün təşəkkürünü bildirən Afşin Kaymakamı Ali Edib Budan bu cür konfrans və müzakirələrin özəlliklə gənclər üçün önəmindən danışaraq yaxın zamanlarda millət vəkili Q.Paşayevanın yenidən Afşində konfranslar verməyə dəvət edib. 

Millət vəkili Q.Paşayeva Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ və Türk dünyası məsələləri ilə bağlı yaxın zamanlarda yeni bir konfrans verməklə bağlı bələdiyyə başqanı və Afşin kaymakamının təklifini qəbul edib.  

http://gun.az/xeber-millet-vekili-qenire-pasayevanin-qardas-belediyyeler-teklifi-desteklenib-t192407.html#.VzcsvPl97Dd

ŞƏRHLƏR