"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Millət vəkili rayonun ən yaşlı sakinlərindən birini ziyarət etdi

--2017-08-31 / 16:26

99 saylı şəmkir kənd Seçki Dairəsini təmsil edən millət vəkili Sona əliyeva şəmkir rayon ələsgərli  və şəmkir rayon Dağ-Daşbulaq kəndlərində seçicilərini qəbul edib.

Millət vəkilinə edilən müraciətlər əsasən əlillik dərəcəsinin alınması, işlə təmin olunma məsələləri ilə bağlı olub.

Kəndin ümumi problemləri sırasında yolların təmiri, suvarma və içməli su məsələləri yer alıb. Millət vəkili vətəndaşların problemləri ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayıb.

Gün ərzində qəbul keçirən millət vəkili qəbuldan sonra kənd ağsaqqalı, 97 yaşlı Məsim kişini onun evində ziyarət edib.

Ağsaqqalın problemləri  ilə maraqlanan millət vəkili kəndin sosial-iqtisadi inkişafıyla bağlı məsələləri də müzakirə edib.

Belediyye.info  

ŞƏRHLƏR