sorğu
Bu gün 99 saylı şəmkir kənd Seçki Dairəsini təmsil edən millət vəkili Sona əliyeva şəmkir rayon Çənlibel kəndində seçiciləri qəbul edib. Bu barədə məlumatı şəmkir rayon Heydər əliyev Mərkəzi yayıb.
Qəbulda olan vətəndaşlar əsasən kəndin içməli su problemi, Çənlibel kənd 1 saylı tam orta məktəbin təmiri, körpələr evi-uşaq bağçasının dam örtüyü və döşəməsinin yenilənməsi, istismar müddətini başa vurmuş, həyat üçün təhlükəli hesab edilən işıq xətlərinin bərpası məsələlərini qaldırıblar.
Məlumatda o da bildirilir ki, millət vəkili vətəndaşların problemlərinin həliyylə ilə bağlı müvafiq qurumlara yaxın günlərdə müraciətlər ünvanlayacaqdır.
Belediyye.info