"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Millət vəkilindən seçicilərinə təbrik mesajı

--2015-12-30 / 23:04

Millət vəkili Azər Badamov seçicilərini və ölkə vətəndaşlarını qarşıdan gələn  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətiylə öz feysbuk səhifəsində diqqətiçəkən məzmunda təbrik mesajı yazıb. Təbrikdə deyilir:

“əziz dostlar!

Sizi Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. 2015-ci il ölkəmizin həyatında bir çox hadisələrlə yaddaşımızda qalacaqdır.

Ölkəmizin siyasi-iqtisadi həyatında bir çox uğurlarımızla yanaşı müəyyən çətinliklərimiz də oldu.

Dünya siyasətində baş verən hadisələr, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxardı və bu da ölkəmizin iqtisadiyyatınd da özünü göstərdi. Azərbaycan dünyanın bir hissəsidir. Təbii ki, dünya ölkələrində baş verən proseslerin ölkəmizə təsirsiz keçməsi mümkün deyildi. Manatın ucuzlaşması vətəndaşlarımızı müəyyən çətinliklərlə üzləşdirdi. Amma buna baxmayraq dövlətimiz ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar bir sıra islahatlara start verdi. Banklara beynəlxalq valyuta ilə kredit borcu olan vətəndaşların üzləşdiyi çətinliyin aradan qaldırılması üçün hökumət müəyyən işlər görmək istiqamətində çalışır.

Təbii ki, nəticəsini yeni ildə görəcəyik. Hamımıza bütün çətinliklərin köhnə ildə qalmasını və gələcək ildə ölkəmizin sosial-iqtisadi, siyasi həyatında dinamik inkişaf ,hər bir ailəyə şən həyat arzulayıram. Bir daha bayramınız mübarək!”

Belediyye.info

ŞƏRHLƏR