Milli Məclisin deputatı Kamran Bayramov bu günlərdə Belediyye.infoya verdiyi açıqlamada “Bələdiyyə Məcəlləsinin qəbul olunması Azərbaycanda yerli özünüidarəetmənin inkişafının yeni mərhələsini şərtləndirə bilər” fikri ictimaiyyət təmsilçiləri tərəfindən müsbət qarşılanıb.
Xeyli müddət Xaçmaz bələdiyyəsi Vergi xidmətinin rəisi işləmiş Rövşən Qasımov Belediyye.infoya açıqlamasında millət vəkilini fikirlərini alqışlayaraq 1995-ci ildə Konstitusiyamızda müstəqil fəsil kimi yer aldığından bəri bələdiyyələr üçün təklif edilən ən dəyərli addım “Bələdiyyə Məcəlləsi”dir.
Öz fikirləri R.Qasımov belə təhlil edib
1. Bələdiyyə Məcəlləsinin qəbul edilməsi bələdiyyələrin bütün mümkün struktur orqanlarının vahid platformada inkişafını stimullaşdıracaqdır. Bu isə bələdiyyələrdə inkişafa həm dinamika, həm də sürət qazandırar.
2. Bələdiyyə Məcəlləsi həm də bələdiyyə orqanlarının dövlət orqanları ilə olan münasibətlərinin daha da aydınlaşdırılmasına böyük töhvə verəcəkdir. Bu isə yerlərdə (şəhər, qəsəbə və kəndlərdə) bələdiyyə orqanlarının fəaliyyətini asanlaşdırar.
3. Bələdiyyə Məcəlləsi yerli əhalidə bələdiyyə orqanlarına qarşı daha çox güvən, bələdiyyə qulluqçularında isə daha çox məsuliyyət hissi yaradacaqdır. Bu da öz növbəsində bələdiyyə ilə əhalisi arasında münasibətlərin sürətli inkişafına təkan verər.
4. Bələdiyyə Məcəlləsi yerli və xarici təcrübənin Azərbaycan bələdiyyələri arasında daha sürətlə əldə edilməsinə imkan verəcəkdir. Bu da yerli özünüidarəetmə sahəsində Azərbaycan bələdiyyələrinin böyük avantaj əldə etməsinə fürsət verər.
5. Bələdiyyə Məcəlləsi müstəqil qanunverici sistem kimi qanunvericilikdəki yeni dəyişikliklərin uçotunun aparılmasında daha da güclü operativlik qazandıracaqdır. Bu isə bələdiyyə qanunvericiliyinin sürətli inkişafına çox böyük imkanlar verər.
6. Bələdiyyə Məcəlləsi demokratik-vətəndaş cəmiyyətinin əsas quruluşu kimi tam və açıq şəkildə bələdiyyə idarəetmə sistemində də Konstitusiyamızın 7.III maddəsinin tələblərinin müəyyən ediləcəyinə ümidləndirir. Bu da "bələdiyyə başçısı", "bələdiyyə sədri" və "bələdiyyənin inzibati qərarlar üzrə sədri" kimi yeni və inkişafa dair terminlərin ortaya çıxmasına yol açar.
7. Bələdiyyə Məcəlləsi bələdiyyə üzvlərinin statusunun daha güclü və anlaşılan formada ortaya çıxarılmasında da böyük rol oynayacağına ümid verir. Bununla da bələdiyyə üzvlərinn yerli əhali, idarə, müəssisə və təşkilatlarla daha sıx təmas qurmalarında yeni imkanlar gətirər.
8. Bələdiyyə Məcəlləsinin son dərəcə vacib bir məsələ olan Məhəllə Komitələrinin yenidən təşkilini və onların fəaliyyətinin sosial-iqtisadi əsaslarını yenidən gündəmə daha güclü şəkildə gətirməsi gözləniləndir. Yerli əhalinin bir çox probleminin həllinin ilkin mərhələsi məhz Məhəllə Komitələri olmalıdır.
9. Bələdiyyə Məcəlləsinin Konstitusiyanın 144-cü maddəsindəki bələdiyyə iclaslarının səlahiyyətlərini daha geniş, daha aydın və daha tutarlı müəyyən edəcəyinə ümid edilir. Bu da öz növbəsində bələdiyyə iclaslarına dinamika qazandıracaq.
10. Bələdiyyə Məcəlləsində bələdiyyələrin maliyyə mənbələrinin və onların gerçəkləşdirilməsi yollarının daha geniş ifadə ediləcəyi gözlənilir. Sosial sifarişlərin, bələdiyyələrin başlıca maliyyə mənbələri olaraq qalması və daha çox gündəm tutması demokratik-vətəndaş cəmiyyətinə doğru atılan addımları sürətləndirəcəkdir.
Belediyye.info