Belediyye.infoya məlumat verən Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov bildirib ki bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və BAMS Proqramına məlumatların daxil edilməsi ilə bağlı zonalar üzrə seminarlarlara start verilib.
Proqram üzrə seminarların şamaxı, Ağsu, ismayıllı, Qəbələ, Göyçay, şabirabad rayonlarında keçiriləcək. Bu sırada növbəti seminar Ağsu rayonunda təşkil edilib.
Semianrın işində Ağsu Rayon icra Hakimiyyətinin başçısı ənvər Seyidəliyev iştirak edib.
Seminarda “Bələdiyyələrin fəaliyyətinin mövcud vəziyyəti və onun təkmilləkdirilməsi istiqamətləri” mövzusunda Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının əlaqələndiricisi, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, “BAMS Proqramının tətbiqinin bələdiyyələrin maliyyə - iqtisadi vəziyyətinə təsiri” mövzusunda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrlə iş departamentinin direktoru Calal isgəndərov,
“BAMS Proqramına məlumatların daxil edilməsi vəziyyətinin seminar iştirakçısı olan bələdiyyələr üzrə təhlili” Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibin müavini, Bələdiyyələrin iqtisadi inkişafı və əlaqələndirmə departamentinin direktoru Pərviz Muradov geniş məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, bu sırada ilk seminar isə şamaxı şəhərində baş tutub. Belediyye.info
|
|
|
|
|
|