“Bələdiyyələr seçkili orqandır. Biz Milli Məclis olaraq bu qurumların fəaliyyəti üçün lazım olan bütün qanunları qəbul etmişik. Ancaq bələdiyyələrin barəsində qəbul edilən qanunların icra mexanizmləri tələb edilən səviyyədə deyil” – Bu fikirləri Milli Məclsin sədri Oktay əsədov məclsin plenar iclasında bildirib.
Sədrin sözlərinə görə, Milli Məclis ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəziylə birgə əməkdaşlıq yoluyla bələdiyyələrə səlahiyyətlərinin tam həyata keçirməsi üçün bütün zəruri addımların atılmasına dəstəyimizi verməliyik.
Burada söhbət yeni səlahiyyətlərdən yox, verilmiş səlahiyyətlərin icrasıyla bağlı olmalıdır.
Yerli vergilərin yığımıyla bağlı nə problem varsa, nə müdaxilələr var onun aradan qaldırılmasına çalışmalıyıq.
Bələdiyyələrin kifayət qədər səlahiyyətləri var, ancaq bu səlahiyyətlərin icrasındakı problemləri aradan qaldırmaq daha vacibdir.
Belediyye.info