"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclis üzvləri isvecrəyə yola düşüblər

--2018-10-14 / 10:31

Milli Məclis Sədrinin müavini Valeh ələsgərov və deputat Kamran Bayramov Parlamentlərarası ittifaqın 139-cu Baş Assambleyasında iştirak etmək üçün oktyabrın 14-dən 17-dək isveçrədə səfərdədir. Bu barədə məlumatı Mili Məclisin Mətbuat Xidməti yayıb.

Məlumatda bildirlir ki, Cenevrə şəhərində keçiriləcək toplantıda “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr keçiriləcək.

Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları, Sülh və beynəlxalq təhlükəsizlik, BMT məsələləri üzrə daimi komitələrinin iclasları və debatlar keçiriləcək.

Burada Milli Məclis Sədrinin müavini Valeh ələsgərovun Parlamentlərarası Assambleya ittifaqının baş katibi Martin Çunkonqla görüşü nəzərdə tutulur.

Səfər zamanı Gənc Parlamentarilərin Forumu keçiriləcək. Deputatımız Kamran Bayramov forumda iştirak edəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR