Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Kamran Bayramov və Rövşən Rzayevin Belçikanın paytaxtı Brüsselə martın 5-dən başlanan səfəri başa çatıb.
Deputatlar Avropa Siyasət Mərkəzi, LiNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçirilən “dəyirmi masa”da iştirak ediblər.
Tədbirdə “Azərbaycan-Avropa ittifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılıb.
Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olub.
P.S.
“Azərbaycan-Avropa ittifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda 2017-ci il martın 7-də Brüsseldə keçirilmiş dinləmələrdən fotoları təqdim edirik. Fotoları sosial şəbəkədə Milli Məclisin üzvü Kamran Bayramov paylaşıb.
Belediyye.info
|
|
|
|
|
|