Bələdiyyələrin DSMF-yə olan borc məsələsinə toxunan Milli Məclisin üzvü Azər Badamov Belediyye.infoya açıqlamasında bildirib ki, düzdür bu borclar var və biz həmişə istəyirik ki, borclar dövlət hesabına silinsin: “Bu borclar qeyri-qanuni yaranmayıb. Müəyyən qədər əmək haqqı ödənildikdən sonra DSMF-yə borcu yaranır. Düşünürəm ki, bütün borclar vəzifə sahiblərinin xüsusən də bələdiyyə sədrlərinin məsuliyyətsizliyi ucbatından yaranır.
Bələdiyyə yerli özünüidarəetmə orqanıdır və əməkhaqqı da yerli büdcədən ödənilməlidiir. Necə ola bilər ki, bələdiyyə üzvlüyünə can atan insanlar seçildikdən sonra, yerli büdcəni formalaşdıra bilmirlər. Bələdiyyə gəlirsiz, perspektivsiz sahə olsaydi heç kim seçilməyə can atmazdı. Necə ola bilər ki, bələdiyyələrin borcları artdıqca seçildikləri müddətdə kifayət qədər gəlir əldə edirlər.”
Mili Məclisə təkliflə çıxış edəcəyini deyən A.Badamov bələdiyyə sədrlərinin və üzvlərinin məsuliyyət yükünün artırılması ilə əlaqədar qanunlara dəyişikliyin edilməsini təklif edəcəyini bildirdi. Onun sözlərinə görə, borclar kimin dövründə yaranıbsa o da əslində məsluyyət daşımalıdır. Belə olarsa bələdiyyə daha işlək quruma çevrilə bilər.
Belediyye.info