"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisdə səfirlə görüş keçirilib

--2019-11-28 / 18:29

Bu gün Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əməkdaşlıq üzrə qrupun üzvləri Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüş keçirilmişdir. Bu barədə məlumatı Milli Məclisin üzvü Kamran Bayramov sosial mediadaki səhifəsində paylaşıb. 

Məlumatda daha sonra qeyd edilir:

"Görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan əməkdaşlığın perspektivlərindən danışılmış, parlamentlərarası əlaqələrin gücləndirilməsi, bələdiyyələr arasında qarşılıqlı fəaliyyət dairəsinin genişləndirilməsi üzrə faydalı fikir mübadiləsi aparılmış, hər iki tərəf üçün əhəmiyyət kəsb edən və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək birgə tədbirlərin yaxın gələcəkdə keçirilməsi müzakirə olunmuşdur"

Belediyye.info

ŞƏRHLƏR