"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisin komitə iclasında bələdiyyələrlə bağlı iki məsələyə baxılıb

--2017-12-19 / 14:34

Dekabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

iclasda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlarda müvafiq dəyişikliklərin edilməsi barədə məsələlərə baxılıb.

Komitənin sədri Arif Rəhimzadə hər iki məsələ barədə məlumat verib. Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

“Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.

https://azertag.az/xeber/1122244

ŞƏRHLƏR