"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisin regional məsələlər komitəsinin iclasında ərazi mübahisələri ilə bağlı məsələlərə baxılıb

--2016-10-04 / 21:37

Oktyabrın 4-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZəRTAC xəbər verir ki, komitə sədri Arif Rəhimzadə gündəliyə əsasən yeddi məsələyə baxılacağını, bu məsələlərin hamısının ərazi mübahisələri ilə bağlı olduğunu deyib. Bildirilib ki, Azərbaycanda ərazi vahidlərinin sərhədləri dəqiqləşdirilir və xəritə çəkilir. Bununla əlaqədar, əmlak Məsələləri Dövlət Komitəsi xeyli iş görüb və rayonların əksəriyyətində bu işi tamamlayıb. Bununla belə, 59 ərazi vahidində müəyyən mübahisələr yaranıb.

Komitə sədri qeyd edib ki, ərazi mübahisələri ilə əlaqədar Milli Məclisə yeddi müraciət daxil olub. Komitənin daxili iclasında bu məsələlərə baxılıb. Qərara alınıb ki, Hacıqabul rayonu ilə Bakı şəhəri, Abşeron və şamaxı rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Hacıqabul Rayon icra Hakimiyyətinin, Xaçmaz rayonu ilə şabran rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Xaçmaz Rayon icra Hakimiyyətinin, Bakı şəhərinin Sabunçu rayonu ilə Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Sabunçu Rayon icra Hakimiyyətinin, Bakı şəhərinin Binəqədi rayonu ilə Sumqayıt şəhəri və Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisələrə dair Binəqədi Rayon icra Hakimiyyətinin, Abşeron rayonu ilə Bakı şəhərinin Sabunçu, Binəqədi və Qaradağ rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Abşeron Rayon icra Hakimiyyətinin, imişli rayonu ilə Beyləqan və Biləsuvar rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair imişli Rayon icra Hakimiyyətinin, Ağcabədi rayonu ilə Bərdə rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Ağcabədi Rayon icra Hakimiyyətinin müraciətlərinə baxılması üçün üç işçi qrup yaradılsın.

əvvəlki tanışlıq zamanı məlum olub ki, bəzi rayonlar, inzibati ərazi vahidləri qeyri-qanuni şəkildə digər rayonların ərazisinə daxil olublar. Belə mübahisələr diqqətlə araşdırılmalı və həll edilməlidir.

iclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirilib.

http://azertag.az/xeber/998393

ŞƏRHLƏR