"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisin üzvü bələdiyyə üzvlərinin müraciətinə cavab verdi

--2020-04-22 / 08:20

Bu günlərdə Biləsuvar bələdiyyəsinin bir qrup üzvü və qulluqçusu bələdiyyələrə dotasiyanın köçürülməsinin sürətləndirilməsi ilə bağlı Milli Məclisinin üzvü Bəhruz Məhərrəmova, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarova, maliyyə naziri Samir şərifova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, millət vəkili olduğunuz Biləsuvar rayonunda 23 bələdiyyə fəaliyyət göstərir və 70 nəfərə yaxın bələdiyyə üzvü və qulluqçusunun əmək haqqı almasında ciddi problemlər yaranmışdır ki, bu da onların sosial vəziyyətinin kəskin pisləşməsinə gətirib çıxarmaqdadır. Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirik öz səlahiyyətinizdən istifadə edərək hökümət qarşısında bələdiyyələrə iki aylıq (aprel, may) əmək haqqı üçün büdcədən nəzərdə tutulan dotasiya ayrılmasına köməklik edəsiniz.

Bununla da bələdiyyələrə köməkliyi etməklə bələdiyyə üzv və qulluqçularının özləri və ailə üzvlərinin rifah halının yaxşılaşdırılmasına töhvə verilmiş olacaqdır.

Biləsuvar bələdiyyəsindən daxil olan məlumata görə, MM üzvü Bəhruz Məhərrəmov məsələyə dərhal reaksiya verərək, rəsmi müraciətlə ədliyyə nazirinin müavini Vilayət Zahirova ünvanlayaraq indiki həssas dövrdə problemin həllinə yardımçı olmasını xahiş etmişdir.

Müraciət müəllifləri qaldırdıqları problemin tezliklə həll ediləcəyinə inandıqlarını bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR