"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Milli Qəhrəmanlar" parkına necə diqqət yetirilir?

--2015-11-27 / 20:59

“Biləcəri bələdiyyəsi Milli Qəhrəmanları unutmur.” –bu fikirləri Belediyye.info saytına Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib. Onun sözlərinə görə, bələdiyyə maliyyə çətinliyi çəksə də, vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinə salınan park daim diqqət mərkzəində saxlanılır. Həm parkın təmizliyi, həm parka xidmətin göstərilməsi üçün ayrıca şəxslər işə götürülüb.

Sədrin sözlərinə görə, bu günlərdə bələdiyyə iclasının qərarıyla parkda təmizlik işlərinin aparılması gücləndirilmiş, yaşıllıq hissələrinin biçilməsi və suvarılması həyata keçirilərək, abidə ətrafında işıqlandırma işlərində çatışmayan hissələr bərpa edilib. ərazi həmçinin  məişət tullantılarından, qurumuş ağaclardan təmizlənib.

Xatırladaq ki,  “Milli Qəhrəmanlar”  parkı 2014-cü il fevral  ayının 25-də  “Xocalı Soyqırımı günü” açılışı keçirilmiş və mərasimdə Milli Qəhrəmanların yadigarları,  Binəqədi rayon icra Hakimiyyətinin məsul işçiləri, millət vəkili Madər Musayev, rayon  icra strukturlarının rəhbərləri, qəsəbə bələdiyyəsinin üzvləri, fəal gənclər, hərbçilər, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.

Belediyye.info

ŞƏRHLƏR