"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milyonçu bələdiyyə haqqında nə bilirik?

--2018-01-13 / 10:14

Sumqayıt bələdiyyəsinin 2017-ci ildə  yerli büdcənin gəlirləri 1.542.332  manat, o cümlədən 270.000 manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 112,2 faiz səviyyəsində icra olunub.

Bu fikirləri Belediyye.infoya bələdiyyə sədri Soltan əsədov bildirib.

Onun sözlərinə görə, yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər  604.679 manat və ya 39,2 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 335.062  manat və ya 21,7 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 89.024  manat və ya 5,8 faiz olmuşdur.

Hesabat dövründə yerli büdcənin xərclərinə toxunan sədr bildrib ki, 1.537.179 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 111,8 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Belə ki, il ərzində “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 49.338 manat məbləğində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 833.094  manat miqdarında ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 493.030 təşkil etmişdir ki, bu da ümumi xərclərin 32,1 faizi deməkdir.

Ümumilikdə il ərzində 188 layihənin icrasına  500 min manata yaxın vəsait xərclənib.

Belediyye.info 

ŞƏRHLƏR