Mingəçevir Bələdiyyəsi qüvvədə olan Ai-Azərbaycan Tərəfdaşlıq və əməkdaşlıq Sazişinə əsasən Avropa ittofaqının (Ai) iqlim dəyişmələrinə adaptasiya planları tərkibində olan Merlərin razılaşması sazişinə qoşulmuş və bu haqda Ai müvafiq qurumları ilə 2017 –ci il 16 iyun tarixində saziş imzalamışdı. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Sazişin prezentasiyası 23 avqust 2017-ci ildə Mingəçevirdə keçirilmişdi. Sazişə əsasən Avropa ittifaqı saziş iştirakçılarını enerjidən effektiv resurslardan səmərəli istifadə üçün alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın maliyyə institutları ilə əlaqə yaratmağı, bu sahədə hazırlanan layihələri texniki və maliyyə baxımından dəstəkləməyi öhdəsinə götürür.
Xatırladaq ki, Avropa ittifaqının Azərbaycanla ikitərəfli münasibətləri 1999-cu ildən qüvvədə olan Ai-Azərbaycan Tərəfdaşlıq və əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Ai və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan enerji sahəsində Ai-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Ai bazarına daşınmasında əsas rol oynayır. 2009-cu ildə təsis edilmiş şərq Tərəfdaşlığı təşəbbüsünün məqsədi Avropa ittifaqı (Ai), onun üzv dövlətləri və altı şərq tərəfdaş ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında münasibətləri dərinləşdirmək və gücləndirməkdən ibarətdir.
Sazişə əsasən, qənaətcil enerji layihələrinin hazırlanmasına və Avropa standartlarına gətirilməsinə təxminən 2 ilə qədər vaxt ayrılır. Sonrakı dövrdə layihələrin maliyyələşməsi üçün yardım edilir.
Mingəçevir Bələdiyyəsi artıq bu işlərə başlayıb və işçi qrupu formalaşdırıb. işçi qrupunun üzvlərindən iki nəfər artıq müxtəlif tədbirlərdə iştirak edib. Bələdiyyə üzvü Azər Hüseynov Gürcüstanın Tbilisi şəhərində, layihənin əlaqələndiricisi şəhriyar Mustafayev Belarusiyanın Minsk şəhərində təlim və seminarlarda iştirak ediblər.
Artıq bələdiyyənin yaratdığı işçi qrupu tərəfindən müxtəlif layihələr təklif edilib. əsas layihə Kür çayında günəş enerjisi ilə qidalanan nasoslar qoymaqla, şəhər ərazisinin suvarılması və Bozdağın yaşıllaşdırılmasıdır. Layihə qiymətləndirmə mərhələsindədir.
Belediyye.info