sorğu
Novruz bayramı münasibəti ilə Mingəçevir bələdiyyəsi sakinlərlə bayramlaşma tədbiri keçirib. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsindən daxil olub. Məlumatda bildirilir ki, tədbirdə iştirak edən Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev çıxış edərək rayon sakinlərini təbrik edərək uğurlar arzu ediblər.
Məhəllə komitəsinin sədri Nurəddin Həsənov sakinlər adından ölkə rəhbərinə, şəhər icra Hakimiyyətinə və bələdiyyəyə minnətdarlığını bildirib.
Tədbirin sonunda 300 imkansız, aztəminatlı ailəyə bələdiyyənin vəsaiti hesabına alınmış ərzaq bağlamaları paylanıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|