"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi daha bir layihəni başa çatdırıb

--2021-12-12 / 15:22

Hər il olduğu kimi, bu il də Mingəçevir Bələdiyyəsi şəhərin park və bağlarında, məhəllələrində abadlıq işlərinə töhfə verir.

şəhərin ən böyük məhəllələrindən olan 135-ci məhəllə N.Nərimanov, ş.i.Xətai və A.Məmmədov küçələrinin kəsişməsində yerləşir. ərazidə 4 minə yaxın sakin yaşayır. Məhəllədə 16 hündürmərtəbəli yaşayış binası yerləşir. Mingəçevir Bələdiyyəsi tərəfindən “Abad məhəllə” layihəsi çərçivəsində həmin məhəllədə hər bir yaşayış binasının qarşısına bir ədəd söhbətgah və üç ədəd söykənəcəkli oturacaq qoyuldu. (Cəmi 16 ədəd söhbətgah, 50 ədəd oturacaq) Müasir dizaynla düzəldilmiş söhbətgahın birinin dəyəri 1400 manat, oturacaqların birinin dəyəri 130 manata başa gəlib. Bundan başqa, “Ahıllar bağı”na hər biri 190 manat dəyərində 20 ədəd oturacaq yerləşdirilib.

Bu işlərə görə bələdiyyə dövlət büdcəsindən ayrılmış dotasiyadan ümumilikdə 32.700 manat vəsait xərcləyib.

Eyni zamandan N.Rəfibəyli küçəsində şəhid şaiq Mustafayevin xatirəsinə tikilmiş bulağın ətrafındakı söhbətgah təmir edilib və oraya iki ədəd oturacaq qoyulub.

şəhərin müxtəlif ərazilərində bələdiyyə tərəfindən abadlıq işləri davam edir.

Mingəçevir Bələdiyyəsi 

ŞƏRHLƏR