Mingəçevir bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin hamilik etdiyi 10 saylı məktəbin yüksək bal toplayan məzunları ilə görüş keçirilib.
Bələdiyyə sədri Coşqun Abdullayev görüşdə bildirib ki, son zəng tədbirindəki çıxışında 500-dən yuxarı bal toplayan məzunlara bələdiyyənin qərarı ilə pul mükafatı veriləcəyini söyləmişdi. Artıq iki ildir bələdiyyə bu ənənəyə sadiqlik nümayiş etdirərək məzunları mükafatlandırır. Yeddi nəfər məzuna pul mükafatları və məktəbin müəllimlərinə gül dəstələri təqdim olunub.
Bələdiyyə üzvləri Zahid Qasımlı, Mircəmil Hacıyev, Sahib Hüseynov və Nəbi Nəbiyev məzunlara uğurlar arzulayıblar. Məktəbin tədris hissə müdiri Xuraman ibrahimova, ən yüksək bal toplayan Adilə Babaşlının valideyni, məzunlardan şəbnəm Sərdarlı və Vüsalə Həsənova çıxış edərək, bələdiyyəyə diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|