"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi hesabat verdi

--2016-07-14 / 17:54

Mingəçevir bələdiyyəsi 2016-cı ilin 6 ayı ərzində gördüyü işlər barədə hesabatını ictimaiyyətə açıqladı. Hesabat məruzəsi ilə bələdiyyənin sədri Coşqun Abdullayev çıxış edib. O, bələdiyyənin ilin I yarimilində keçirdiyi iclaslardan, müzakirə olunmuş məsələlərdən, vətəndaşların müraciətlərinə baxılmasından, büdcə gəlirləri və xərclərindən, görülmüş abadlıq-tikinti işlərindən, həyata keçirilmiş tədbirlərdən və s. danışıb.

Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb. Məlumatda bildirilir ki, məruzə ətrafında icra nümayəndəsi Rizvan Mikayıllı, məhəllə komitələrinin sədrləri Qabil Alıyev, əbülfət Babayev, Zöhrab Süleymanov, ispəndiyar Musayev, «EkoTES» ictimai Birliyinin sədri Çingiz Nəzərov, «Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev, «Zaman» qəzetinin bölgə müxbiri Esmira Hidayətova və başqaları çıxış edərək, bələdiyyənin fəaliyyətini kafi qiymətləndirdilər.

Hesabat tədbirində şəhər icra Hakimiyyətinin, Qeyri-Hökümət Təşkilatlarının, məhəllə komitələrinin, Kütləvi informasiya Vasitələrinin nümayəndələri, şəhər ictimaiyyəti iştirak ediblər. 

Belediyye.info

ŞƏRHLƏR